TANAP ilə Avropaya nəql edilən Azərbaycan qazının həcmi AÇIQLANDI

Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Avropaya nəql edilən Azərbaycan qazının ümumi həcmi 50 milyard kubmetrə çatıb.
Bu barədə Adalet.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi olan “SOCAR Türkiye” şirkətinə istinadən xəbər verir.
Bildirilir ki, Azərbaycandan Avropaya uzanan enerji körpüsündə tarixi mərhələyə qədəm qoyulub: "TANAP vasitəsilə Avropaya tədarük edilən təbii qazın miqdarı 50 milyard kubmetrə çatıb”.
Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.
Digər Xəbərlər

Bakının pərakəndə ticarətdə ən çox gəlir əldə edən rayonları - SİYAHI

Bakı-Ağdam qatarına biletlərin qiyməti məlum oldu - YENİLƏNİB

Bir qatar gedirdi...

Azərbaycan Suriyaya qazın həcmini artıra bilər

Dövlət Vergi Xidmətindən vətəndaşlara XƏBƏRDARLIQ

Mikayıl Cabbarov: "Yeni nəqliyyat bağlantıları imkanlar yaradacaq"

Mikayıl Cabbarov: "Azərbaycan-ABŞ ticarət əməkdaşlığı yüksələn xətlə inkişaf edir"
