adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
08 Aprel 2019 14:28
45618
LAYİHƏ

Türk sufi triadası - Şeyx Əhməd Yəsəvi, Yunis İmrə, İmadəddin Nəsimi

(əvvəli ötənsaylarımızda)

Yunus İmrə"yalan dünya"dan "doğru (haqq) dünya"ya gedərkən Yer üzünə gələnləri məhbəsdən qurtaran məhbus sevinci (bəlkə dəinsanın üzündəki son təbəssüm həmən o sevincin görüntüsüdür) ilə salamlayır.

Bizdünyadan gedər olduq,

Qalanlarasalam olsun!

Salamınbu tərzdə və bu dərəcədə poetik verilməsi dünya ədəbiyyatının nadir və bənzərsiz hadisəsidir.

Bizdənötrü xeyir-dua

Qılanlarasalam olsun!

Əcəlbükə belimizi,

Söylətməyədilimizi.

Xəstəikən halımızı

Soranlarasalam olsun!

Tənimortaya açıla,

Yaxasızköynək biçilə.

Bizibir asan vəch ilə

Yuyanlarasalam olsun!

Əzrayılalar canımız,

Donardamarda qanımız.

Yuyub,sonra kəfənimiz

Saranlarasalam olsun!

Selaverib qəsdimizə,

Gedərolduq dostumuza.

Namazüçün üstümüzə

DuranlaraSalam olsun!

DərvişYunus söylər sözü,

Yaşladolmuş iki gözü.

Bilməyənnə bilsin bizi,

Bilənlərəsalalam olsun!

(Bax.AhmetKabaklı. Türk edebiyatı. II cilt. İstanbul-1997. s.315. Mənim təqdimatımda təkcə 4-cü bənd Yunis İmrə. "Güldəstə"nin200.-cü səhifəsindən götürülmüşdür.)

Yunusİmrəinin təkrarsızləğı ondadır ki, onun bu dünyadan gedərkən verdiyi bu ilahi salamı Yer üzünə gələnlər dünyalarboyunca hörmət və ehtiramla qəbul edəcəklər.

***

İmadəddinNəsimi. Azərbaycan ədəbiyyatının ən ünlü simalarından biri olub, haqqında çoxsayda yazılar yazılan və yazılmaqda olan İmadəddin Nəsimi 1369//1370-ci ildəŞamaxıda doğulmuş, 1417-ci ildə Hələbdədərisi soyulmaqla edam edilmişdir.

O,1417-ci ildə Hələb hakimi Yəşbəkin əmrilə həbsə alınımış, ruhanilər məclisindəedamına fitva verilmiş, bu xüsusda olan sənədlər Misir sultanına göndərilmişdir.Misir sultanı Əlmüəyyəd şairin dərisinin diri-diri soyulub, görk olsun deyəyeddi gün hamıya göstərilməsi barədə əmr vermişdir. Azərbaycan nümayəndə heyəti Nəsiminin anadanolmasının 640 illiyi ərəfəsində - 2008-ci ildə noyabrın axırlarında Suriyadaolmuşdur. Akademik Bəkir Nəbiyevin sözlərinə görə, Nəsiminin məzarının üstündəbelə yazılmış imiş: "Bu şəhid bəndə, böyük sufi, arif, Allahın dostu ŞeyxƏli İmadəddin Nəsiminin məzarıdır. Allah ona rəhmət eləsin. Qəbri müqəddəsolsun". Akademik Bəkir Nəbiyevyazısında Hələbdəki görüşləri ardıcıllıqla təsvir edərək göstərir ki, Hələb şəhərmüftisi Dr.Mahmud Əkkam "Nəsimi və sufilik" mövzusunda etdiyi maraqlıməruzəsinin sonuna yaxın salonun birinci cərgəsində əyləşdirilmiş Azərbaycannümayəndələrinə üzünü tutub dərin səmimiyyət duyğusu ilə dedi: "Möhtərəmqardaşlar! 591 il bundan öncə bəşər tarixində ən faciəli hadisələrdən biri başvermiş, böyük Azərbaycan şairi və filosofu parlaq istedad sahibi olan sufi, vəliyullah(Allahın dostu) Seyid Əli İmadəddin Nəsimi vəhşicəsinə edam olunmuşdur. Bu günbiz xəcalət çəkirik ki, bu müdhiş faciə bizim Hələb şəhərinin adı ilə bir yerdətarixə düşmüşdür. Doğrudur, həmin faciə şəhərimizdə hökmranlıq edən əcnəbilər vəonların havadarları tərəfindən törədilmişdir. Lakin, Nəsiminin günahsız qanı məhzburada axıdıldığı üçün mən, müasir Hələbin dini icmasının rəhbəri kimi, sizdəndönə-dönə üzr istəyirəm! Mən təsəllinionda tapıram ki, hələblilər Nəsiminin məzarını öz oğlunun qəbri kimi günümüzə qədərqorumuşdur. Tarixi, elmi mənbələrdə öz əksini tapmış məlumata görə bu edamdanon il sonra (1427-ci ildə.V.As.)Hələb məhkəməsi işə yenidən baxıb əvvəlki ədalətsizhökmü ləğv etmiş, artıq tarixə qovuşan şairə, gec də olsa bəraət vermişdir.Bununla belə bugün mən sizdən üzr istəməyə daxili, mənəvi ehtiyac duydum vəacizanə təvəqqe edirəm ki, mənim üzrxahlığımı qəbul edib bütün Azərbaycanxalqına çatdırasınız. Bu, tək mənim yox, cəmi Hələb müsəlmanlarınınxahişidir."

Tərcüməçiyazar Nadir Qocabəyli Türkiyədə təhsil aldığı zaman birprofessordan Nəsiminin Azərbaycan coğrafiyasına heç bir aidiyyəti olmadığı fikrinieşitdiyini qeyd etsə də, Əl-Aksani öz təzkirəsində Nəsimini Nəsimüddin Təbriziadlandırsa da, 1418-ci il miladi, 821-ci il hicri tarixində Hələbdə dərisisoyularaq qətlə yetirildiyini yazsa da, "Riyazül-Arifun" təzkirəsinəNəsiminin adı Nəsimi Şirazi kimi düşsə də, professor Hüseyn Ayan Türkiyədə nəşretdirdiyi "Nəsimi divanı"na yazdığıön sözdə Seyid İmadəddin Nəsimi haqqındakı mənbələrdə olan bilgilərin çox ziddiyyətli (Bax. İnternet məlumatları)olduğunu göstərsə də, hətta, AhmetKabaklının "Türk edebiyatı"nda Nəsiminin olum tarixi sual işarəsi,ölüm tarixi isə 1404-cü il rəqəmi ilə ifadə edilsə də, İmadəddin Nəsimi Azərbaycanşairi olaraq qalır. Çox maraqlıdır ki,A. Kabaklı Nəsiminin türk divan şeirininən qüdrətli nümayəndələrindən biri olduğunu göstərir və "Şivəsində azəri özəllikləri görüldüyüüçün onu Bağdadlı" hesab edir. A.Kabaklı hürufiliyin Astrabadlı Fəzlullahın (1339-1394) təriqət görüşlərindənqaynaqlandığını, hər bir varlığı 32 hərflə açıqlamağa çalışanların ruhdan dahaçox maddiyyətə istinad etdiklərini dar və özəl dünyagörüşü kimi (Bax. AhmetKabaklı. Türk edebiyatı. II cilt. Səh.490.) qiymətləndirir. "Şeirləriyanlış başa düşüldüyü üçun edam edilmişdir" qənaətində olan A. Kabaklı məhz"bu ölümün sayəsində Nəsiminin "ilahi eşq uğrunda şəhid"olduğunu, Həllac Mənsura bərabər tutulubhaqqında əfsanələr yarandığını" yazır və belə bir əfsanəni misal gətirir:" Nəsimi dərisi üzülər-üzülməz yerindən qalxmış, dərisini əba kimi çiyninəsalaraq uzaqlaşmışdır. Hələbin 12 qapısını qoruyan qapıçıların hər biri Nəsimininbu vəziyyətdə şəhərin 12 qapısının 12-dəndə eyni vatda çıxıb sirr olduğunu görmüşlər. Buna görə də onun kömüldüyü yeryoxdur. Türbəsi isə (Bax. Ahmet Kabaklı. Türk edebiyatı. II cilt. Səh.491.) dərisininsoyulduğu yerdədir." O ki, qaldı Nəsiminindərisinin soyulmasından sonra çıxıb getməsinə, bir anlığa İsa peyğəmbərlə bağlıdini-ruhani süjetləri yadımıza salaq...

"Dövrünün türkcəsini ən gözəl şeir halınagətirən" Nəsimi haqqındakı bəzi yanlış fikirlərin A. Kabaklının "Türkədəbiyyatı"nda da yer olması,yəqin ki, keçmiş sovet dönəmində Azərbaycan-Türkiyəəlaqələrinin zəif olması ilə bağlı olmuşdur. Halbuki 1968-ci ildə Xalq şairi RəsulRza Suriyaya ezamiyyətə gedərkən Nəsiminin qəbrinin Hələbdə olduğunu aşkaretmiş, Bakıda "Ədəbiyyat və incəsənət"qəzetində "Cahana sığmayan şairin qərib məzarı"alı məqalə ilə çıxış etmişdi.

Nəsimi divanı Azərbaycan mühitində 1926-cı ildəBakıda Salman Mümtaz tərəfindən çap edilmişdir.

NəsimiAzərbaycan, fars və ərəb dillərində yazmışdır. Yaradıcılığı ilə özbək, türkmən,uyğur və digər tük təsəvvüf və irfan ədəbiyyatınagüclü təsir göstərmişdir.

Əsərlərindədünyəvi motivlər ruhani duyğularla sinkretik şəkildə özünü göstərməkdədir.

Nəsiminin600 illik yubileyi 1973 -cü ildə YUNESKOxətti ilə qeyd olunmuşdur. Yenə də2016-cı il YUNESKO xətti ilə Nəsimi ilielan edilmişdir.

2017-ciilin may ayında Parisdə YUNESKO-nun baş qərargahında Nəsiminin vəfatının 600illiyinin qeyd edilməsi və 2018-ci ilin sentyabr ayında ölkəmizdə Nəsimi şeir,incəsənət və mənəviyyat festivalının təntənəli şəkildə keçirilməsi ölməz şairinxatirəsinə dərin ehtiramın ifadəsi hesab oluna bilər.

(ardınövbəti sayımızda)

VaqifAslan

AYBŞəki bölməsinin sədri

ADPU Şəkifilialının baş müəllimi