adalet.az header logo
  • Bakı -°C
27 Noyabr 2025 12:51
75
DÜNYA
A- A+

Trampın xüsusi elçisi Rusiyanın agentidir?

Xarici KİV-lər ABŞ prezidenti Donald Trampın Ukrayna münaqişəsinin sülh yolu ilə həll edilməsi məsələləri üzrə xüsusi elçisi Stiv Uitkoffun, Rusiya prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakovla apardığı telefon danışıqlarının stenoqramlarını yayımlayaraq, onu rus kəşfiyyatına işləməkdə günahlandırırlar. 

  Hazırda ABŞ ptezidentinin Ukrayna münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı təklif etdiyi 28 bəndlik "Tramp planının", Uitkoffun Putinin köməkçisi Yuri Uşakovla birgə hazırladığıda iddia olunur. 

 Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, "Moskva. Kreml. Putin" verilişinin aparıcısi Pavel Zarubinə verdiyi müsahibəsində, Qərb mətbuatının "Uitkoffun vəzifəsindən azad olunması" çağrışlarına münasibət bildirərkən bəyan edib ki, "telefon danışıqlarının stenoqramlarını yayanlar, münaqişənin sülh yolu ilə həllini pozmaq istəyən qüvvələrdi".

 Peskov başqa nə deməliydi, Uitkoffun rus agenti olmasını etiraf etməliydi?

 Rüstəm Hacıyev