Bu bağçaların aylıq təhsil haqları valideyn tərəfindən ödəniləcək
Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsinin qalibi olan və qalib gəlmiş özəl bağçalarla imzalanan qrant müqavilələrinə görə Azərbaycan bölməsində təhsil alan uşaqların aylıq təhsil haqqı və valideyn tərəfindən ödəniləcək.
Bu barədə Adalet.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qrant müqavilələrinin icrası başlandıqdan sonra müvafiq cədvəldə göstərilən ödənişlər elektron portal üzərindən həyata keçiriləcək və valideynlərdən əlavə ödənişlərin tələb olunmasına yol verilməyəcək.
Valideynlər müvafiq cədvəldə qeyd edilmiş təhsil haqlarından kənar hər hansı ödəniş tələbi ilə üzləşildiyi halda, Elm və Təhsil Nazirliyinin 146 Çağrı Mərkəzinə məlumat verə bilərlər.
Vurğulayırıq ki, qrant müsabiqəsi üzrə bütün məlumatların tam şəffaflıqla ictimaiyyətə təqdim edilməsi davam etdiriləcək.
Xatırladaq ki, qrant müsabiqədə 63 özəl məktəbəqədər təhsil müəssisəsi qalib olub.
Digər Xəbərlər
23 Mart 2026 12:12
Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak etdi - FOTOLAR
19 Mart 2026 10:39
Dövlət qulluqçularının əməkhaqqı sistemində əlavələr ləğv edildi
18 Mart 2026 19:00
Ağalı kənd məktəbinə yeni direktor təyin edildi
18 Mart 2026 11:15
TKT imtahanına qeydiyyat aparılır
17 Mart 2026 14:47
Azərbaycan Universitetində Dünya Sosial İş Günü qeyd olunub
17 Mart 2026 14:20
Xaricdə ali təhsil alan 181 nəfər peşə tanınması imtahanı verib
17 Mart 2026 13:23
Məktəbdə uşağı döyənlər 200 manat cərimələnəcək
17 Mart 2026 12:04


Bakı -°C

