adalet.az header logo
  • Bakı -°C
27 Noyabr 2025 13:08
57
ŞOU-BİZNES
A- A+

Şəfəq Novruz erməni ilə: "Mənim üçün müqəddəs..." - VİDEO

Samirə Efendi ətrafında baş verənlərdən sonra daha bir azərbaycanlı, stilist-vizajist, Xalq artisti Ramiz Novruzun qızı Şəfəq Novruz erməni ilə bağlı paylaşımıyla gündəmə gəlib. 

Adalet.az xəbər verir ki, o, Georgi Kot ilə birlikdə çəkilmiş fotosunu izləyiciləri ilə paylaşıb.

Stilistin paylaşıma yazdığı şərh isə birmənalı qarşılanmayıb. Belə ki, Ş.Novruz "Çox dəyərli müəllimim, mənim üçün müqəddəs insan Georgi Kot" şərhini yazıb.

Qeyd edək ki, Gergi Kot Abxaziyada erməni əsilli ailədə dünyaya gəlib. Onun anası Susanna Aqozyan erməni qızıdır.

Xatırladaq ki, Şəfəq Novruz bundan əvvəl də Georgi Kot ilə paylaşımlarına görə diqqət mərkəzinə gəlmişdi.