adalet.az header logo
  • Bakı -°C
27 Noyabr 2025 10:10
88
DÜNYA
A- A+

Tramp: ABŞ-yə gələn hər kəsi yoxlamaq lazımdır

ABŞ prezidenti Donald Tramp Milli Qvardiyanın əsgərlərinə hücumu “terror aktı” adlandırıb.

Adalet.az xəbər verir ki, Trampın sözlərinə görə, ABŞ Daxili Təhlükəsizlik Nazirliyi hücumçunun Amerikaya 2021-ci ildə Əfqanıstandan gəlib. 

"Bu, bütün xalqımıza qarşı cinayət idi. Bu, insanlığa qarşı cinayət idi", - Ağ Ev lideri ifadə edib. 

Tramp həmçinin deyib ki, ABŞ rəsmiləri əvvəlki Co Bayden administrasiyası dövründə Əfqanıstandan ölkəyə daxil olan hər kəsi yoxlamalıdır. 

Amerika lideri həmçinin Pentaqonun katibi Pit Heqsetə Vaşinqtona əlavə 500 Milli Qvardiyanın şəxsi heyətini yerləşdirməyi tapşırdığını təsdiqləyib.

“Biz Amerikanı yenidən tamamilə təhlükəsiz edəcəyik”, - o deyib və kəşfiyyat orqanlarına təşəkkür edib.