adalet.az header logo
  • Bakı -°C
27 Noyabr 2025 13:30
71
DÜNYA
A- A+

Pakistan Xanla bağlı xəbərləri təkzib etdi

Pakistan hazırda həbs cəzası çəkən keçmiş baş nazir İmran Xanın ölümü ilə bağlı şayiələri təkzib edib.

Adalet.az xəbər verir ki, bu barədə Pakistanın Adiala həbsxanasının administrasiyasından məlumat yayıb.

Ravalpindi həbsxanasının rəsmiləri bildirib ki, Xan tam sağlamdır və o, tam tibbi yardım alır. Həmçinin, qeyd edilib ki, İmran Xanın səhhəti ilə bağlı yayılan şayiələr "əsassızdır", o özü isə "hərtərəfli tibbi yardım" alır.