adalet.az header logo
  • Bakı -°C

Tramp sülh bağlayır, müharibə davam edir - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
116 | 2025-12-16 12:52
A- A+

ABŞ prezidenti milad bayramınadək, yəni dekabrın 25-ə qədər  Rusiya- Ukrayna müharibəsini sülh razılaşması yolu ilə həll etmək istəyir. Hətta Ukraynanın təhlükəsizliyinin qorunması naminə NATO-nun 5-ci maddəsini tədbiq edəcəyinə belə söz verir. 

 Əslində  5-ci maddə təqdim olunan qaydada Ukraynanın təhlükəsizliyinə təminat verə bilməz. Ona görə də, ABŞ prezidentinin düşüncəsinə görə təhlükəsizliklə bağlı bu təklif sadəcə olaraq Ukraynanın biabırçı sülhlə razılaşması  üçün stimul ola bilər.

 Ukrayna NATO üzvü deyil və yaxın gələcəkdə də üzv olacağı mümkün görünmür. Ona görə də, Ukraynanın təhlükəsuzliyi ilə bağlı ABŞ-ın alyansın adından verdiyi vəd əbədi ola bilməz. Əslində NATO üzvü olmadan, verilən bu cür formal xarakter daşıyan  vədlərin effekti də olmur. 

 Avropanın bəzi KİV-ləri, mənbələrinə istinadən bildirirlər ki, bu günlərdə ABŞ və Ukrayna nümayəndələrinin Berlində keçirilən görüşündə, məsələ ilə bağlı artıq bəndlərin 90 faizi razılaşdırılıb.  

 İndi əsas məsələ, qalan 10 faizdir ki, bu da Ukraynanın ərazi bütövlüyünün itirilməsi ilə bağlıdır ki, bu da ABŞ prezidentinin milad bayramına kimi sülh razılaşmasının imzalanmasına nail kla biləcəyini şübhə altlna salır.

 Nəzərə alsaq ki, Rusiya işğal etdiyi ərazilərin Ukrayna tərəfindən tanınmasından başqa variantları qəbul etməyəcək, deməli müharibə 2026- cı ildə də davam edəcək...

 

TƏQVİM / ARXİV