adalet.az header logo
  • Bakı -°C
30 Dekabr 2025 15:46
71
DÜNYA
A- A+

Tokayev LGBT təbliğatını qadağan edən qanun imzaladı

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev LGBT təbliğatını və mediada, telekommunikasiya şəbəkələrində və onlayn platformalarda pedofiliyanı qadağan edən qanun imzalayıb. 

Adalet.az xəbər verir ki, müvafiq qərar arxiv məsələləri ilə bağlı qanunvericiliyə düzəlişlər edən və qanunsuz məzmunun yayılmasını məhdudlaşdıran qanuna daxil edilib.

Prezidentin mətbuat xidmətinin açıqlamasında deyilir: "Dövlət başçısı "Qazaxıstan Respublikasının arxiv işi və qanunsuz məzmunun yayılmasının məhdudlaşdırılması ilə bağlı bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Qazaxıstan Respublikası Qanununu imzaladı".