adalet.az header logo
  • Bakı -°C
30 Dekabr 2025 11:56
71
DÜNYA
A- A+

Türkiyədə İŞİD əməliyyatı: 300-dən çox şübhəli saxlanılıb - YENİLƏNİB

Türkiyənin İstanbul və Ankara şəhərləri də daxil olmaqla, 21 vilayət və şəhərində İŞİD terror qruplaşmasına qarşı əməliyyat keçirilib.

Adalet.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya özünün "X" sosial media hesabında məlumat verib.

Onun sözlərinə görə, keçirilən əməliyyatlar nəticəsində 357 İŞİD şübhəlisi saxlanılıb.

 

***

Türkiyədə İŞİD terror təşkilatına qarşı əməliyyatlar davam edir.

Adalet.az xəbər verir ki, dünən Yalovada baş verən qarşıdurmada 3 polis məmurunun şəhid olmasından sonra bu gün yeni basqınlar həyata keçirilib.

Belə ki, hüquq-mühafizə orqanları İstanbulda aparılan istintaq çərçivəsində üç vilayətdə 114 ünvanda eyni vaxtda əməliyyatlar həyata keçirib. Gecə saatlarında başlayan reydlərdə 110 şübhəli saxlanılıb. 5 şübhəlinin tutulması üçün səylər davam etdirilir.