adalet.az header logo
  • Bakı -°C
30 Dekabr 2025 17:20
81
KRİMİNAL
A- A+

Keçmiş iş yerindən 6 min manatlıq oğurluq etdi

Bakının Nərimanov rayonunda keçmiş iş yerindən 6 min manatlıq oğurluq edən şəxs saxlanılıb.

Adalet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, zərərçəkən polisə müraciət edərək icarədarı olduğu ofisdən 6 min manat dəyərində kompüter və televizor oğurlandığını bildirib.

Əməliyyat-axtarış tədbiri nəticəsində K.Həsənov şübhəli şəxs qismində saxlanılıb. Araşdırmalarla məlum olub ki, o, gecə saatlarında əvvəllər çalışdığı iş yerinə gəlib və özündə saxladığı açarla qapını açaraq ofisi talayıb.

Fakt üzrə araşdırmalar davam etdirilir.