adalet.az header logo
  • Bakı -°C
30 Dekabr 2025 17:34
68
DÜNYA
A- A+

Hindistan Rusiyadan neft alışını minimuma endirdi

Hindistan dekabr ayında Rusiyadan neft alışını minimuma endirib.

Adalet.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Bildirilib ki, Rusiyanın Hindistana neft tədarükü 2025-ci ilin dekabr ayında gündə təxminən 1,1 milyon barrel təşkil edir, bu da 2022-ci ilin noyabr ayından bəri ən aşağı göstəricidir:

“Noyabr ayında Hindistan Rusiyadan gündə 1,77 milyon barrel xam neft alıb”.