"Putinin iqamətgahına edilən hücum terror aktıdır" - Kreml
Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin iqamətgahına edilən hücumu terror aktı adlandırıb.
Adalet.az TASS-a istinadən xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib.
"Bu, danışıqlar prosesini pozmağa yönəlmiş terror aktıdır. Bu, yalnız şəxsən Prezident Putinə qarşı yönəlməyib və burada mən Volodimir Zelenskinin Milad müraciətini və Putin haqqında dediyi sözləri xatırlatmaq istərdim... Amma bu, həm də Trampa qarşı yönəlib, Prezident Trampın Ukrayna münaqişəsinin sülh yolu ilə həllini asanlaşdırmaq səylərini pozmağa yönəlib", - Kremlin sözçüsü bildirib.
Xatırladaq ki, dekabrın 29-na keçən gecə Kiyev Rusiya Federasiyası Prezidentinin Novqorod vilayətindəki dövlət iqamətgahına 91 PUA-dan istifadə edərək hücum edib.
BƏƏ, Pakistan, Abxaziya və digər ölkələr Putinin iqamətgahına edilən hücum cəhdini pisləyiblər.
Digər Xəbərlər
26 Mart 2026 12:56
Türkiyənin “Salomon Cappadocia Ultra-Trail” marafonu mükafata layiq görülüb -FOTOLAR
26 Mart 2026 11:13
Türkiyənin neft tankeri dronla vurulub
26 Mart 2026 10:52
“Növbəti hədəf Laricanın yerinə yeni təyin edilən şəxs ola bilər”
26 Mart 2026 09:10


Bakı -°C

