“TikTok”un məsul nümayəndələri Mətbuat Şurasında oldular
“TikTok” platformasının Şərqi Avropa regionunda dövlət qurumları ilə iş üzrə direktoru Sergey Sokolov, dövlət qurumları ilə iş üzrə meneceri Dmitri Pylev, platforma üzərindəki canlı yayımların Orta Asiya və Şərqi Avropa üzrə direktoru Veqa Sonq, həmçinin, “TikTok”un Azərbaycan üzrə əlaqələndiricisi Emin Axundov Mətbuat Şurasında olub.
Şuradan Adalet.az-a verilən xəbərə görə, MŞ İdarə Heyətinin üzvləri Yadigar Məmmədlinin, Aqil Ələsgərin və Şuranın Katibliyinin əməkdaşlarının qatıldıqları görüşdə qonaqlar “TikTok”un Azərbaycan seqmentindəki istifadəçilərin sayının artan xətt üzrə getdiyini bildiriblər.
Onlar bu platformanın ayrı-ayrı cəmiyyətlərə faydalı nəticələr verməsi istiqamətində təkmilləşdirmə işlərinin davamlı xarakter daşıdığını vurğulayıblar. Azərbaycana səfərlərinin də bu baxımdan zəruri əməkdaşlıq təkliflərini dəyərləndirmək məqsədi daşıdığını önə çəkiblər.
Ölkəmizin müxtəlif dövlət qurumları ilə işbirliyinin səmərəsindən söz açan qonaqlar, həmçinin, medianın, ayrı-ayrı jurnalistlərin “TikTok” üzərindən yayım həyata keçirmələri, paylaşılan kontentlərin keyfiyyəti məsələsinə toxunublar.
MŞ İdarə Heyətinin üzvləri də çıxışlarında “TikTok”un ölkəmizdə populyarlaşdığını diqqətə çatdırdılar. Onlar qarşılıqlı əməkdaşlığın müxtəlif aspektlərinə toxunublar.
Görüşdə jurnalist yaradıcılığının ictimai faydaları üzərində dayanılaraq, bu peşə daşıyıcılarının platformadakı aktivliklərinin cəmiyyətin yanlış yönləndirilməsi meyilləri ilə mübarizədəki rolundan söz açılıb. Mövcud xüsusda “TikTok” tərəfindən azərbaycanlı jurnalistlərə seminarların təşkili məsələsi üzərinə gəlinib. Bu ideya məqbul qiymətləndirildi və onun reallaşdırılması üçün işçi qaydada məsləhətləşmələrin aparılması qərara alınıb.
Digər Xəbərlər
08 Sentyabr 2026 13:32
I Bakı Türkoloji Qurultayı və Milli Mətbuatın 50 illik yubileyi - Faktlar
04 Sentyabr 2026 09:46
“Azərsun Holdinq” jurnalistlər üçün təlim keçirdi
03 Sentyabr 2026 20:28
Azərbaycana qarşı dezinformasiya kampaniyası aparılır - MEDİA
31 Avqust 2026 20:12
“Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib” - MEDİA
29 Avqust 2026 20:58
Bütün media subyektləri qanunvericiliyin tələblərinə əməl etməlidir! - BƏYANAT
22 Avqust 2026 12:29
MEDİA Nuraninin vəfatı ilə bağlı başsağlığı verdi
21 Avqust 2026 15:30
Respondentlərin 88%-dən çoxu həmin qadağanı dəstəkləyir - Sorğu
18 Avqust 2026 11:55


Bakı -°C

