FHN-dən Şəkidəki hadisə ilə bağlı AÇIQLAMA
"Şəkidə istirahət mərkəzində hadisənin baş verdiyi ərazidə quraşdırılmış “zipline” iki stasionar dirək arasında bağlanılmış burazın üzərində quraşdırılmış, heç bir təhlükəsizlik cihazı və ya sığortalayıcı trosu olmayan diyircəklər üzərində öz ağırlığı, sərbəstdüşmə təcili və ətalət sürəti ilə hərəkət edən əyləncə qurğusudur".
Adalet.az xəbər verir ki, bu barədə Şəkidə istirahət mərkəzində qurğunun trosunun qırılmsı nəticəsində 2 nəfərin ölümü ilə bağlı apa-nın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd olunub ki, bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil: "Qeyd olunan qurğu mexanikləşdirilmiş, yəni elektrik mühərriki və ya ötürücü bucurqad vasitəsilə hərəkət etdirilən qurğu olmadığından təhlükə potensiallı obyektlərərin siyahısına daxil deyil və bu səbəbdən FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin nəzarət sahəsinə aid deyil".
Digər Xəbərlər
08 Oktyabr 2026 10:30
Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başladı
07 Oktyabr 2026 14:04
Qəzənfər Abdullayev vəzifəsindən azad edildi
07 Oktyabr 2026 13:49
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - VİDEO+FOTOLAR
07 Oktyabr 2026 13:28


Bakı -°C

