Nəcəf Nəcəfovun məzarındakı barelyefi oğurlayan şəxs tutuldu - FOTO
Mərhum jurnalist Nəcəf Nəcəfovun məzarındakı barelyefi oğurlayan şəxs tutulub.
Adalet.az xəbər verir ki, əməli törətməkdə şübhəli bilinən 1973-cü il təvəllüdlü Ü.Kazımov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Fakta görə cinayət işi başlanılıb. Barelyef satıldığı yerdə aşkar edilərək maddi sübut kimi götürülüb.
Qeyd edək ki, hadisə İkinci Fəxri xiyabanda qeydə alınıb.
Nəcəf Nəcəfov 80-90-cı illərdə “Azərbaycan gəncləri” və “Azadlıq” qəzetlərinin redaktoru, milli azadlıq hərəkatının liderlərindən biri olub. Əbülfəz Elçibəy hökumətində Prezidentin müşaviri postunu tutub. 1999-cu ildə vəfat edib.
Digər Xəbərlər
09 Sentyabr 2026 18:04
Məclisdən evə qayıdarkən qəzaya düşüblər - 5 nəfərin öldüyü hadisənin təfərrüatı
09 Sentyabr 2026 11:19
... Sağ qaldı...
08 Sentyabr 2026 16:41
“Gənclik Mall”da xəbərdarlıq sistemi niyə işə düşüb? - AÇIQLAMA
08 Sentyabr 2026 10:27


Bakı -°C

