TƏBİB Şabrandakı yol qəzasında xəsarət alanların son durumunu açıqlayıb
TƏBİB Şabrandakı yol qəzasında xəsarət alanların son durumunu açıqlayıb.
Qurumdan Adalet.az-a verilən məlumata görə, Şabran rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət alan 12 nəfərin müalicəsi TƏBİB-in tabeliyindəki tibb müəssisələrində davam etdirilir.
Hazırda xəsarət alanlardan 10 nəfər Şabran Rayon Mərkəzi Xəstəxanasında, 2 nəfər isə Kliniki Tibbi Mərkəzdə müalicə alır. Şabran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində müalicə alan 1 nəfərin vəziyyəti ağır, Cərrahiyyə şöbəsində müalicə alan 1 nəfərin vəziyyəti orta ağır, 8 nəfərin vəziyyəti isə orta stabildir.
Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsində müalicə alan 1 nəfərin vəziyyəti ağır, Travmatologiya şöbəsində müalicə alan 1 nəfərin vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir.
Xəstəxanaya yerləşdirilən şəxslərin diaqnozları əsasən döş qəfəsinin travması, çoxsaylı qabırğa sınıqları, kəllə-beyin travmaları, üz, baş, bədən nahiyələrində olan yaralar və s. ilə bağlıdır.
Qeyd edək ki, hadisə nəticəsində xəsarət alan 3 nəfər ambulator müalicə üçün evə buraxılıb, bir nəfər isə tibb müəssisəsinə gətirilərkən yolda dünyasını dəyişib.
Digər Xəbərlər
04 Oktyabr 2026 18:08
Üzüstü, arxasıüstə, yoxsa böyrü üstə? - Ən sağlam yuxu pozisiyası bəlli oldu
03 Oktyabr 2026 17:44
Qəhvə sevənlər bunu mütləq oxusun
03 Oktyabr 2026 11:35
Qonşu ölkədə epidemiya şübhəsi: 197 nəfər nəzarətə götürüldü
03 Oktyabr 2026 10:23
Gündə 10 min addım qaydası süqut etdi
02 Oktyabr 2026 15:44
Yaş saçla yatmayın: Bu riski artıra bilər
02 Oktyabr 2026 15:36
“Azərbaycanda ictimai səhiyyə: müasir çağırışlar və gələcək hədəflər” mövzusunda elmi-praktik konfrans keçirilib
01 Oktyabr 2026 09:20
2-10 yaş aralığında olan azyaşlılar yoluxur - Uşaqlar üçün həyəcan təbili - VİDEO
30 Sentyabr 2026 17:43


Bakı -°C

