Taxıl sahəsində oynayan 3 yaşlı uşağı ilan sancdı
Ağdaş rayonunda 3 yaşlı uşağı ilan sancıb.
Adalet.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu məlumat verib.
O qeyd edib ki, hadisə rayon ərazisindəki taxıl sahələrinin birində baş verib. 2019-cu il təvəllüdlü Emin Niftəliyev bacısı ilə taxıl sahəsində oynayarkən onu qəfil ilan sancıb.
3 yaşlı körpə valideynlərinin köməyi ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasına, oradan isə ağır vəziyyətdə Bakıya Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlərin səyi nəticəsində uşağın həyatı xilas edilib.
Digər Xəbərlər
15 Sentyabr 2026 10:39
Uşağınız dərsə həvəsli deyil? – Psixoterapevtdən valideynlərə VACİB TÖVSİYƏ
15 Sentyabr 2026 10:38
Uşağınızı başqaları ilə müqayisə edirsiniz? – Psixoterapevtdən valideynlərə XƏBƏRDARLIQ
14 Sentyabr 2026 09:22
Bədəndə çoxlu xalınız varsa, buna diqqət edin
13 Sentyabr 2026 17:02


Bakı -°C

