"Fast-food" prostat xərçəngi yaradır
Ultra işlənmiş qidaların həddindən artıq istehlakı ilə prostat xərçəngi arasında əlaqə aşkarlanıb.
Adalet.az xəbər verir ki, Florida Atlantik Universitetinin alimləri ABŞ-da 2003-2023-cü illər arasında aparılan sağlamlıq və qidalanma araşdırmalarında iştirak edən 17 min 24 kişinin məlumatlarını təhlil ediblər.
Araşdırmada qazlı içkilər, paketlənmiş səhər yeməyi məhsulları, müxtəlif qəlyanaltılar və işlənmiş ət məhsulları kimi ultra işlənmiş qidaların istehlakı nəzərdən keçirilib. İştirakçılar gündəlik qəbul etdikləri kalorinin nə qədərinin bu qidalardan gəlməsinə əsasən dörd qrupa bölünüb.
Nəticələrə görə, gündəlik kalorilərinin 20 faizindən azını ultra işlənmiş qidalardan alan kişilərlə müqayisədə daha çox belə məhsul qəbul edənlərdə prostat xərçəngi riski 29 faiz yüksək olub. Ən çox ultra işlənmiş qida istehlak edən iki qrupda isə risk artımı təxminən 30 faiz təşkil edib.
Yaş, etnik mənsubiyyət, siqaret istifadəsi və sosial-iqtisadi vəziyyət kimi amillər nəzərə alındıqdan sonra da risk artımı 24-31 faiz arasında qalıb.
Alimlər qeyd ediblər ki, nəticələr ultra işlənmiş qidaların prostat xərçənginə birbaşa səbəb olduğunu sübut etmir. Araşdırma yalnız bu qidaların yüksək istehlakı ilə xəstəlik riski arasında mümkün əlaqənin olduğunu göstərir.
Mütəxəssislər belə qidaların orqanizmdə maddələr mübadiləsinə təsir göstərməsi, iltihab və oksidləşdirici stressi artırması, həmçinin bağırsaq mikrobiotasında dəyişikliklərə səbəb olması ehtimalını mümkün mexanizmlər kimi qiymətləndirirlər.
Qeyd edək ki, əvvəlki araşdırmalarda da ultra işlənmiş qidaların həddindən artıq istehlakı artıq çəki və piylənmə, metabolik xəstəliklər, ürək-damar xəstəlikləri və vaxtından əvvəl ölüm riski ilə əlaqələndirilib.
Digər Xəbərlər
08 Oktyabr 2026 09:10
Süni intellekt xəstələrə dərman təyin etməyə başladı
07 Oktyabr 2026 15:20
Yeni nəsil linzalar eynəkdən asılılığı azaldır
06 Oktyabr 2026 07:49
Yüksək təzyiqin daha bir səbəbi məlum oldu
05 Oktyabr 2026 16:17
Nazirlik taunla bağlı məlumat yaydı
05 Oktyabr 2026 13:02
Süni intellektlə beyin xərçənginə qarşı yeni molekul hazırlandı
05 Oktyabr 2026 12:29
Qanunsuz plastik əməliyyat edən iki həkim cəzalandırıldı
05 Oktyabr 2026 12:22
Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq
05 Oktyabr 2026 10:18


Bakı -°C

