adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
18 Iyun 2019 17:29
48678
LAYİHƏ

TARİXİMİZDƏKİ İMAMZADƏLƏR

Naxçıvan şərqinqapısı olmaqla yanaşı, həm də qədim mədəniyyət beşiyi, tarixi kitabələrintapıldığı coğrafi ərazidir. Bax, bu mənada məsələyə yanaşanda məlum olur ki, bugün tarixçilərin böyük maraqla təsdiq etdikləri və özündə minilliklərin sirlərinisaxlayan abidələrimiz həqiqətən də çox böyük bir mədəniyyətin göstəricisidir. Həminböyük mədəniyyətin göstəricilərindən sayılan imamzadələr barəsində fikirlərimizidavam etdirərkən vurğulamaq yerinə düşər ki, Naxçıvan ərazisində bu gün də müqəddəsünvanlardan sayılan imamzadələrdən biri Muxtar Respublikanın Babək rayonununNehrəm kəndindədir.

Nehrəm imamzadəsibarəsində danışarkən öncədən vurğuladığımız araşdırmaya da diqqət yetirməlioluruq.

Yəni tarix üzrəfəlsəfə doktoru İlham Əliyevin verdiyi informasiyalara görə, bu tarixi abidəilk öncə AMEA-nın müxbir üzvü F.Səfərlinin tədqiqatları nəticəsində daha geniş ictimai arenaya çıxmışdır.

Həminaraşdırmalardan məlum olmuşdu ki, Nehrəm imamzadəsi də Naxçıvanda mövcud olaninşa olunma tarixi səfəvi şahı II Təhmasibin dövrünə gedib çıxan bu tarixi abidələrlə həmyaşıddır. Yənionların inşa olunma zamanı eynidir.

Mənbələrinverdiyi bilgidən çıxış edərək deyə bilərik ki,Nehrəm kənd qəbiristanlığındakı bu imamzadə kompleksi məzarlığın mərkəzindəyerləşir və kompleksin əsas tikilisinin eni 8, uzunluğu 9,5 metrdir.

Bu kompleksinhündürlüyü isə 4,5 metr olan türbə və 6 metr hündürlüyü olan gümbəzləhesablanır. Təqdim olunan ölçü vahidlərindən də göründüyü kimi, Nehrəm imamzadəsiçox möhtəşəmdir və bu imamzadənin içərisində də bir qəbir var. Doğrudur, bütünaxtarışlara, araşdırmalara baxmayaraq, üzərində heç bir yazı və fərqləndiriciişarələr olmayan bu qəbrin kimə məxsus olduğunu bu günədək müəyyən etmək mümkünolmayıb. Çünki vurğuladığımız və araşdırmaçıların gəldiyi nəticə bundan ibarətdirki, bu qəbirlə bağlı hçe bir daş kitabə yoxdur. Yalnız bu qəbrin kimə aidolması ilə bağlı nehrəmlilərin bəziləri arasında mövcud olan bilgilərə istinadetmək mümkündür. Nehrəm sakinləri həmin imamzadə ilə bağlı belə bir fikir söyləyirlərki, "bu məzar yeddincə imam Museyi-Kazımın oğlu seyid əqilə məxsusdur. Oda Addasilərin zülmündən qaçaraq bölgənin bu iri yaşayış yerinə pənah gətirmiş,burada əhali arasında bir imam övladı kimi böyük hörmət qazanmış və ölümündənsonra qəbiri üzərində türbə inşa edilmişdir".

Tarix üzrə fəlsəfədoktoru İlham Əliyevin gəldiyi qənaətəgörə, məhz türbənin kimə aid olduğunu yalnız bu cür təxmin etmək mümkündür.Ümumiyyətlə isə alimin sözlərinə görə, "Seyid Əqilin qardaş və bacıları daAzərbaycanda və qonşu ölkədə dəfn olunmuşdu.

Belə ki, onunqardaşları Səfi (Səffan) Ordubad rayonunun Düylün kəndində, İbrahim Şərurrayonunun Xanlıqlar kəndində, Əhməd Zəngəzur mahalının Mehri rayonunun Bufçar kəndində,Nasım Təbriz şəhəri yaxınlığındakı Sofyan qəsəbəsində, bacıları Hökumə xanımAbşeron rayonundakı Şıx kəndində, Rübabə xanım isə İraq ərazisində dəfnolunmuşdur".

Verilən məlumatlardanda göründüyü kimi, xalqın inancına görə, müqəddəslərdən sayılan bu seyid nəslininbir nümayəndəsinin dəfn olunduğu Nehrəm imamzadəsi həm inanc baxımından, həm dəarxitektura baxımından çox önəmlidir.

Ona görə dəyerli əhali, eləcə də yaxın-uzaq bölgələrdən bu müqəddəs ünvana ziyarətə gəlirlər. Məhz bu səbəbdən də diqqət mərkəzində olanNehrəm imamzadəsinin ümumi kompleksini araşdırmaq zərurətə çevrilmişdir.

Aparılan tədqiqatişləri zamanı məlum olmuşdur ki, İmamzadənin türbəsi və onun binaları, eləcə dəməscid, təkyə və sairənin heç birinin kitabəsi bizim dövrümüzə gəlibçatmamışdı. Sadəcə, türbənin daxili divarlarında dini məzmunlu sözlər yazılmışdır. Həminyazıları da əvvəldə söylədiyimiz kimi, AMEA-nın müxbir üzvü, professor F.Səfərliaraşdırmış və belə nəticəyə gəlmişdir ki, imamzadənin divarlarına yazılmış həminyazıda Hicri-qəməri tarixilə 1138-ci il(Miladi tarixilə 1725-ci il) Mehdi adlı xəttat tərəfindən qeydlər aparıldığıgöstərilir.

Onu da qeyd etməkyerinə düşər ki, bu imamzadədən ötən əsrin 1951-1993-cü illərində, eləcə də içərisindəyaşadığımız əsrin 2006-2007-ci illərində təmir-bərpa işləri aparılmışdır.Aparılan həmin təmir-bərpa işləri zamanı Nehrəmimamzadəsində müəyyən tikinti işləri görülmüşdür. Yəni imamzadənineyvanı hörülərək dəhlizə çevrilmişdir. bu da ibadətə gələnlər üçün müəyyən şəraitinyaradılması deməkdir. Eləcə də binanın qərbtərəfindən düzbucaqlı formada məscid və qoşa minarə əlavə olunmuşudr. Məhz bugörülən təmir-bərpa işlərindən sonra bişmiş kərpiclə inşa olunmuş bina komplekshalına salınmışdır. Bunu xüsusi vurğulamaqda məqsədimiz odur ki, bugünkü Nehrəmimamzadəsinin görünüşü onun ilk görünüşüylə eynilik təşkil etmir. Naxçıvan ərazisindəmövcud olan digər imamzadə isə Muxtar Respublikanın başqa bir bölgəsində, yəniŞərur rayonunun Xanlıqlar kəndində yerləşir. Ümumiyyətlə, Şərur rayonu ərasizidə Naxçıvanın digər bölgləri kimi qədim mədəniyyət, tarix nümunələrilə zəngindir.

Məhz bu zənginliyinbir göstəricisi də rayonun Xanlıqlar kəndindəki Parçı imamzadəsidir. Buradamaraq doğuran məqamlardan biri də Parçı imamzadəsinin adıyla bağldır.

Çünki biz təqdimedəndə vurğuladıq ki, Parçı imamzadəsi Şərur rayonunun Xanlıqlar kəndində yerləşir.Deməli, onda məntiqlə məsələyə yanaşsaq, "Parçı" sözünün hardanqaynaqlandığına, nəyə işarə edildiyinə diqqət ayırmalıyıq. Məhz biz də məsələnindaha ətraflı təqditmatı üçün vurğuladığımız məqamı xüsusi qabartmağa çalışırıq.

Əldə etdiyimiz məlumatlaraistinad edərək deyə bilərik ki, əslində bu imamzadə ötən əsrin əvvəllərindəXanlıqlar kəndilə Parçı kəndini birləşdirən bir ərazidə inşa olunub. Yəni coğrafibaxımdan iki kəndin birləşən nöqtəsində yerləşir Parçı imamzadəsi.

(Ardı var)

ƏbülfətMƏDƏTOĞLU