Tamştatlı müəllim konsepti nə vaxt həyata keçiriləcək? - Nazir açıqladı
Tamştatlı müəllim konsepti 2027-ci ilin sentyabrından tez müddətdə həyata keçirilməyəcək.
Adalet.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, burada əsas diqqət verilməli olan məsələ isə işin mahiyyətidir:
"Hazırda konseptual mərhələdəyik və bu mərhələ ondan ibarətdir ki, mövcud saat hesabı əməyin ödənilməsi sistemi saxlanılsa da, alternativ olaraq tam ştatlı müəllim konseptini Azərbaycan məktəblərinə gətirmək üzərində işləyirik. Məqsədimiz ondan ibarətdir ki, Azərbaycan müəllimi məktəbin tam hüquqlu bir hissəsi olduğunu hiss etsin. Yeni hesablanma mexanizmini niyə tətbiq edirik və bununla hansı problemi həll etməyə çalışırıq. Bütün bu məsələlərlə bağlı yaxın günlərdə geniş ictimai məlumatlandırma aparmağı planlaşdırıram. Bu barədə xüsusi şəkildə geniş izah verəcəyəm ki, müxtəlif spekulyasiyalara və əsassız şərhlərə ehtiyac qalmasın".
Digər Xəbərlər
17 Noyabr 2025 15:01
Orta məktəblərdə yeni fənn tədris olunacaq
17 Noyabr 2025 14:41
Azərbaycanda 3-cü kurs tələbəsi vəfat etdi
17 Noyabr 2025 13:34
Polis Akademiyasında interaktiv dərslər keçirildi - FOTOLAR
17 Noyabr 2025 12:39


Bakı -°C

