Qənimət Zahidov Baş Prokurorluğa çağırıldı
Qənimət Zahidov Baş Prokurorluğa çağırılıb.
Adalet.az xəbər verir ki, bununla bağlı Baş Prokurorluğun rəsmi müraciəti İctimai Televiziyada yayımlanıb.
Bildirilib ki, o, barəsində açılmış cinayət işi üzrə bu gün bitmiş ibtidai istintaqla bağlı ittiham aktı ilə tanış olması üçün noyabrın 24-də Baş Prokurorluğun İstintaq Baş İdarəsinə çağırılır.
Ona öz seçdiyi müdafiəçi ilə idarəyə gəlməsi və digər hüquqları izah olunub, ittiham aktı ilə tanış olmaq üçün idarədə tam şərait yaradılacağı bildirilib.
Məlumata görə, Qənimət Zayidov barəsində Cinayət Məcəlləsinin 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib.
Qeyd olunub ki, onun barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq qiyabi həbs qətimkan tədbiri seçilib.
İttihama görə, Qənimət Zahidov 4 iyul və 18 iyul 2018-ci il tarixlərində “Youtube” platformasında Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı zor tətbiqini təşviq edən açıq çağırışlar yayıb.
Digər Xəbərlər
15 Noyabr 2025 13:05
Manaf Cəlilzadə Baş Prokurorluğa çağırıldı
14 Noyabr 2025 18:56
Ərəstun Oruclu Baş Prokurorluğa çağırıldı
14 Noyabr 2025 17:44
Altay Göyüşov Baş Prokurorluğa çağırıldı
14 Noyabr 2025 17:13
ABŞ-da yaşayan Vaqif Allahverdiyev də Baş Prokurorluğa çağırıldı
13 Noyabr 2025 23:11
Sevinc Osmanqızı da Baş Prokurorluğa çağırıldı - VİDEO
13 Noyabr 2025 22:00
MƏHKƏMƏ: Arayikə və Babayana ömürlük cəza istənildi
13 Noyabr 2025 11:53
Fazil Mustafaya sui-qəsd edən şəxsin oğluna 10 il həbs cəzası verilib
12 Noyabr 2025 09:16


Bakı -°C

