Orta məktəblərdə yeni fənn tədris olunacaq
"Azərbaycan təhsil sisteminin məzmununu müasir dünyanın sürətinə uyğunlaşdırmaq üçün növbəti strateji addım atılır. Belə ki, orta məktəblərdə yeni fənn tədris olunacaq".
Adalet.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, son 15 ildə 28 ölkə 17 yeni fənni tədris planına salıb:
"Süni intellekt, rəqəmsal savadlılıq, robototexnika, dizayn düşüncəsi, ekoloji dayanıqlılıq kimi sahələr artıq məktəblərin standart hissəsidir. Estoniya, Sinqapur, Cənubi Koreya bu dəyişikliyi tətbiq edəndən sonra şagirdlərin tətbiqi bacarıqlarında 12-18% yüksəliş əldə ediblər. Bizim isə PISA 2022 nəticələrinə görə “tətbiqi bacarıqlar indeksimiz” OECD ortasından 80-92 bal aşağıdır. Yəni, faktoloji bilik var, amma real bacarıqlar, analitik düşüncə və yaradıcı tətbiq hissəsi zəifdir. Bu boşluğu doldurmaq üçün yeni fənnin əlavə edilməsi məntiqi və elmi əsaslara söykənən qərardır".
O bildirib ki, yeni fənn şagirdlərə XXI əsrin bacarıqlarını verəcək, tətbiqi düşünmə və texnoloji savadlılığı gücləndirəcək, təhsili rəqəmsal və innovativ mühitə yaxınlaşdıracaq:
"Azərbaycanda yeni fənlərin tədrisi zərurətdir. Dünya gedir, əmək bazarı dəyişir, iqtisadiyyat yenilənir. Təhsil də buna uyğunlaşmalıdır. Elm və Təhsil Nazirliyinin bu qərarı məhz bu uyğunlaşmanın vacib hissəsidir".
Digər Xəbərlər
23 Mart 2026 12:12
Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak etdi - FOTOLAR
19 Mart 2026 10:39
Dövlət qulluqçularının əməkhaqqı sistemində əlavələr ləğv edildi
18 Mart 2026 19:00
Ağalı kənd məktəbinə yeni direktor təyin edildi
18 Mart 2026 11:15
TKT imtahanına qeydiyyat aparılır
17 Mart 2026 14:47
Azərbaycan Universitetində Dünya Sosial İş Günü qeyd olunub
17 Mart 2026 14:20
Xaricdə ali təhsil alan 181 nəfər peşə tanınması imtahanı verib
17 Mart 2026 13:23
Məktəbdə uşağı döyənlər 200 manat cərimələnəcək
17 Mart 2026 12:04


Bakı -°C

