adalet.az header logo
  • Bakı -°C
17 Noyabr 2025 14:36
80
DÜNYA
A- A+

Fransa Ukraynaya "Rafale" qırıcıları və SAMP/T HHM sistemləri verəcək

Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Fransaya səfəri çərçivəsində Prezident Emmanuel Makronla ölkəsinin müdafiə qabiliyyətini gücləndirməyə yönəlmiş strateji razılaşma imzalayıb.

Adalet.az xəbər verir ki, bu barədə “Unian" məlumat yayıb.

Səfər zamanı imzalanan sənədlər Fransanın Ukraynaya hava hücumundan müdafiə sistemləri, döyüş təyyarələri və raket tədarükünü əhatə edir.

Məlumata görə, razılaşma çərçivəsində Ukraynaya “Rafale” döyüş təyyarələri və ballistik raketləri məhv etmək qabiliyyətinə malik SAMP/T hava hücumundan müdafiə sistemi veriləcək.