"Dünyanın heç bir yerində belə təhsil sistemi yoxdur" - Emin Əmrullayev
"1-5 yaşında olan uşaq məktəbəqədər təhsilə getməlidir. Bir uşağın dövlətə düşən xərci 4500 manatdır. Ümumilikdə Azərbaycanda 600 min uşaq var. Bütün uşaqları məktəbəqədər təhsilə göndərmək istəyiriksə, bu təxminən 2,7 milyard manat edir".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisdə “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.
"Tək bu vəsaitin növbəti illərdə məktəbəqədər təhsilə xərclənməsi qeyri-real görünür. Dünyanın heç bir yerində belə təhsil sistemi yoxdur ki, dövlət məktəbəqədər təhsilə gedən bütün uşaqların təhsil haqqını ödəsin. 100% dövlət tərəfindən maliyyələşən model tapmaq çətindir. Bu problemin həllinin fərqli alternativ tələb etdiyini nəzərə alaraq son illər alternativ modellər tətbiq edirik", - deyə nazir bildirib.
Digər Xəbərlər
12 Noyabr 2025 17:46
Azərbaycan Universiteti BMT-nin İkinci Dünya Sosial Sammitində təmsil olunub
12 Noyabr 2025 17:11
Tərbiyəçi-müəllim vəzifəsi üzrə müsahibəyə start verilib
09 Noyabr 2025 16:10
“Adım Vətən”-dir
07 Noyabr 2025 17:37
Bakıda bu məktəbə direktor təyin edildi
07 Noyabr 2025 12:34
BDU-da 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər salnaməsi” adlı tədbir keçirilib
07 Noyabr 2025 11:01
Universitetdə Zəfər təntənəsi qeyd olunub
07 Noyabr 2025 10:30
Rektor Səadət Əliyeva universitetə yüksək balla qəbul olan tələbələrlə görüşüb
05 Noyabr 2025 13:01


Bakı -°C

