Azərbaycan kağızsız hökumət modelinə nə zaman keçəcək? – Millət vəkili açıqladı
“Daha beş İcra Hakimiyyətinin İT sistemləri “Hökumət buludu”na köçürülüb. "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı"na əsasən, Azərbaycanda elektronlaşma prosesinin daha sürətlənəcəyi gözlənilir. Fəaliyyət planında rəqəmsal infrastrukturun inkişafı, elektron hökumət və rəqəmsal xidmətlərin əhatə dairəsinin genişləndirilməsi mühüm prioritetlər kimi müəyyən edilib”.
Adalet.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.
O, bildirib ki, sənəddə əsas istiqamətlərdən biri də kağızsız hökumət modelinə keçiddir:
“Bu çərçivədə dövlət qurumlarında sənəd dövriyyəsinin tam elektronlaşdırılması və kağızsız idarəetmə sisteminin tətbiqi planlaşdırılır”.
V.Bayramov Azərbaycanın kağızsız hökumət modelinə nə zaman keçəcəyi vaxtı da açıqlayıb:
“Plana əsasən, kağızsız hökumətin formalaşması fəaliyyət istiqamətinə uyğun olaraq əsas icraçı qurum Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir. Kağızsız hökumət dövlət qurumlarının daxili biznes proseslərinin azı 80 faizinin (maliyyə, insan resursları, satınalma) təhlilini, müəssisə resurslarının planlaşdırılmasını və rəqəmsal iş axını üçün vahid texniki meyarların təsdiqini özündə ehtiva edir. Bu, müəssisə resurslarının planlaşdırılması və rəqəmsal iş axını sistemləri tətbiq olunan qurumların payının 40 faizi üstələməsinə gətirib çıxaracaq.Azərbaycanda kağızsız hökumətə keçid 2 il sonra- 2028-ci ilin iyul ayında reallaşacaq. Bununla da dövlət qurumlarında sənəd dövriyyəsinin və əməliyyatların 80 faizi rəqəmsal formata keçiriləcək. Bu, innovativ sahələrin ümumi daxili məhsuldakı payının artırılmasına, sahibkarlığın inkişafına, vətəndaşların dövlət xidmətlərindən istifadəsinin genişləndirilməsinə və dövlət idarəçiliyinin rəqəmsal transformasiyasına mühüm töhfə verəcək”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
06 Avqust 2026 09:49
Pulunu dollara çevirmək istəyənlərin nəzərinə!
04 Avqust 2026 17:03
Yaxın günlərdə yumurta qiymətləri enəcək?
04 Avqust 2026 10:15
Kimlərə gələn aydan kompensasiya ödəniləcək?
03 Avqust 2026 12:06
Kartlara limit qoyulması ilə bağlı RƏSMİ AÇIQLAMA
03 Avqust 2026 11:46
“Fondun vəsaitinin 200 milyon dollara çatdırılması sahibkarlar üçün yeni fürsətdir...”
03 Avqust 2026 11:16
Məzənnələr açıqlandı: Avroda artım qeydə alındı
02 Avqust 2026 11:32
Kartdan-karta əməliyyatlara limit qoyuldu
01 Avqust 2026 09:54


Bakı -°C

