adalet.az header logo
  • Bakı -°C
06 Avqust 2026 11:33
55
ŞOU-BİZNES
A- A+

Bəturə Hüseynova: “…bu mövzuda məni aldatmaq olmaz”

Müğənni  Bəturə Hüseynova  günümüzü zəbt edən suni intellektin yaratdığı problemlərdən danışıb.

Adalet.az xəbər verir ki, süni intellektlə hazırlanan mahnıları qəbul etmədiyini bildirib:

“İndi süni intellektlə ifa olunan mahnıları daha mükəmməl qayda hesab edirlər. Mən müğənni olaraq o qədər professional olmalıyam ki,  süni intellektlə yaranan mahnının eynisini ifa edim.  Mən öz səs imkanlarıma bələdəm və bilirəm ki, oxuyacam.  Sadəcə məni narahat edən məqam odur ki, mən öz düşüncələrimlə, hislərimlə oxumaq istəyirəm. Daha təbii, daha canlı ifalar üçün öz səs imkanlarımdan istifadə etmək istəyirəm. Ona görə həmişə deyirəm ki, süni intellektlə hazırlanmış mahnıları mənə göndərməyin. Çünki mən hansı müğənninin  səs imkanları hara qədərdir, hansı nota qədər oxuya bilir bunları çox gözəl bilirəm. Düşünürəm ki, bu mövzuda məni aldatmaq olmaz”.

Əntiqə