“Fondun vəsaitinin 200 milyon dollara çatdırılması sahibkarlar üçün yeni fürsətdir...”
“Azərbaycan Prezidentinin Qırğızstana səfəri zamanı əldə edilən razılaşmalardan biri də Azərbaycan və Qırğızıstan Birgə İnvestisiya Fondunun maliyyə imkanlarını ikiqat artıraraq 200 milyon dollara çatdırmaq barədə idi. Azərbaycan Prezidenti mətbuata bəyanatında bunun da son hədd olmayacağını bildirərək əlavə etdi ki, Fondun fəaliyyəti üzrə bizə nümayiş etdirilən təqdimat konkret məzmunla zənginləşir”.
Adalet.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.
O, 200 milyon dollar hansı istiqamətlərə xərclənəcəyini də açıqlayıb:
“Fondun vəsaitinin 200 milyon dollara çatdırılması sahibkarlar üçün yeni fürsətdir. Çünki, sahibkarlar öz layihələrini təqdim etməklə fonddan maliyyə cəlb edə bilirlər və bu imkan daha da genişlənməkdədir. Fond tərəfindən artıq bir sıra layihələrin maliyyələşdirilməsi həyata keçirilməkdədir. Mətbuata bəyatında cənab Prezidentin qeyd etdiyi kimi, Qırğızıstanda həyata keçirilən çoxlu layihə var və onlar birgə istehsal, yeni iş yerləri yaradır, qarşılıqlı fəaliyyətimizin iqtisadi potensialını möhkəmləndirir”.
V.Bayramovun sözlərinə görə, bu platforma çərçivəsində Azərbaycan və Qırğızıstan sahibkarlıq subyektlərinin aqrar-sənaye kompleksi, energetika, bağçılıq, tekstil, turizm və digər sahələr üzrə prioritet layihələrin maliyyələşdirilməsi həyata keçirilir:
“Daha öncə, Fond Qırğızıstanda kiçik su elektrik stansiyasının (SES) və müasir tikiş fabrikinin tikintisini maliyyələşdirilməsi barədə qərar qəbul etmişdi. Bütövlükdə, fondun nizamnamə kapitalı Azərbaycan, beynəlxalq maliyyə institutları, xarici hökumətlərin maliyyə təşkilatları tərəfindən, habelə Qırğız Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan digər mənbələrdən formalaşır. Fondun imkanlarının genişləndirilməsi iki ölkə arasındakı strateji tərəfdaşlığı daha da gücləndirir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
03 Avqust 2026 12:06
Kartlara limit qoyulması ilə bağlı RƏSMİ AÇIQLAMA
03 Avqust 2026 11:16
Məzənnələr açıqlandı: Avroda artım qeydə alındı
02 Avqust 2026 11:32
Kartdan-karta əməliyyatlara limit qoyuldu
01 Avqust 2026 09:54
Azərbaycan və Türkiyə enerji layihələrinin icrasını sürətləndirmək barədə razılığa gəlib
31 Iyul 2026 10:47
“Qarşılıqlı yüksək səviyyəli səfərlər bu potensialdan daha yaxından istifadəyə imkan verəcək”
31 Iyul 2026 10:28
Azərbaycanda dollara tələbat azalıb
30 Iyul 2026 14:37
“Bu gedişlə problemli kreditlər 2 milyard manata qədər arta bilər...”
30 Iyul 2026 11:40


Bakı -°C

