adalet.az header logo
  • Bakı -°C
06 Avqust 2026 11:21
62
GÜNDƏM
A- A+

“Zaur Baxşəliyevin Rəşad Məcidin fikrinin mahiyyətini anlamadığı açıq görünür”

“Teleaparıcı Zaur Baxşəliyev (sosial şəbəkədə Zaur Günay) Rəşad Məcidin TikTok-un heç vaxt kitabı əvəz edə bilməyəcəyi ilə bağlı paylaşımına münasibət bildirib.Zaur kitabın daha üstün olduğu ilə bağlı statusa yazıb: “Bu nə yanaşmadır, bu nə düşüncədir? Bu da ziyalımız?! Dünya süni intellektin təkmilləşməsi fonunda az qala insan əməyindən imtina edir. Biz hələ TikTok-un əxlaqımıza təsirində qalmışıq?! Relax. Başqalarının həyatına az girin! İmkan, bir az imkan, lütfən!”.

Adalet.az xəbər verir ki, bunu jurnalist Hacıbəy Heydərli deyib. 

“Əvvəla, ziyalılıqdan danışan Zaur Baxşəliyevin Rəşad Məcidin fikrinin mahiyyətini anlamadığı açıq görünür. Söhbət texnologiyaya qarşı çıxmaqdan yox, kitabın cəmiyyət üçün əvəzolunmaz dəyərindən gedir. Bu qədər sadə bir fikri süni intellekt və texnoloji inkişaf mövzusu ilə qarışdırmaq, əslində, müzakirənin məğzini dəyişmək cəhdidir. Daha sonra Zaur Baxşəliyev süni intellekti misal çəkir. Halbuki süni intellekt Zaurdan fərqli olaraq hər hansısa mövzunu anlamadan onun haqda arqumentlər üzərində nəticə çıxarmır. “Başqalarının həyatına girmək”, “əxlaqını müzakirə etmək” iradına gəlincə isə, bunun ən bariz nümunələrini illərdir məhz Zaur Baxşəliyevin aparıcısı olduğu verilişlərdə görmüşük. İnsanların şəxsi həyatı, ailə münasibətləri və davranışları həmin verilişlərin əsas müzakirə mövzularından biri olub. Rəşad Məcidin yaradıcılığında və rəhbərlik etdiyi media qurumunun fəaliyyətində isə belə yanaşmaya rast gəlinməyib. Kitabı müdafiə edən bir fikri “TikTok-a qarşı çıxmaq” kimi təqdim etmək, üstəlik bunu ziyalılıq üzərindən müzakirə etmək doğru yanaşma deyil. Əksinə, cəmiyyətin oxu mədəniyyətinin zəiflədiyi bir dövrdə kitabın əhəmiyyətini xatırlatmaq əsl ziyalı mövqeyidir”, - deyə o, bildirib. 

Vasif ƏLİHÜSEYN