Kimlərə gələn aydan kompensasiya ödəniləcək?
Prezident İlham Əliyevin imzaladığı "Qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərmana əsasən, ixrac rəsmiləşdirilmə xərclərinə görə sahibkarlara kompensasiyaların ödənilməsinə başlanacaq.
Adalet.az xəbər verir ki, sənəd Azərbaycan mənşəli qeyri neft-qaz mallarını ixrac edən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin ixrac zamanı ödədikləri gömrük rəsmiləşdirilməsi xərclərinin dövlət tərəfindən kompensasiya edilməsini nəzərdə tutur.
Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, gələn aydan ödənilməyə başlanılacaq kompensasiyalar mənşə sertifikatı ilə müəyyənləşdiriləcək və vəsaiti Azərbaycan mənşəli malların ixracatını həyata keçirən mikro, kiçik və orta sahibkarlar ala biləcək:
"Bu zaman ixrac olunmuş qeyri neft-qaz mallarına görə gömrük rəsmiləşdirilməsi xərclərinin bir hissəsi dövlət tərəfindən qarşılanacaq".
Kompensasiyanın məbləğinə gəldikdə isə deputat qeyd edib ki, gömrük dəyəri üzrə tətbiq edilən yığım hədlərinə görə fərqli olacaq. 2026-cı il sentyabrın 1-dən 2031-ci il sentyabrın 30-dək həyata keçiriləcək ixrac əməliyyatlarına görə hesablanacaq kompensasiyalarda hər bir ixrac bəyannaməsi üzrə yuxarı hədd müəyyən ediləcək və ödənişlər ona əsasən veriləcək:
"Kompensasiyaların verilməsi ixrac həyata keçirən mikro, kiçik və orta sahibkarların dövlət tərəfindən daha yaxından dəstəklənməsinə imkan verəcək. Bu, həmçinin qeyri neft-qaz ixracının strukturunun dəyişməsinə və bazarlar üzrə şaxələnməsinə də şərait yaradacaq".
Digər Xəbərlər
13 Avqust 2026 17:20
Azərbaycanda bir nəfər ayda nə qədər pul xərcləyir? - RƏSMİ RƏQƏMLƏR
13 Avqust 2026 16:26
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda göndərildi - YENİLƏNİB
13 Avqust 2026 09:21
Azərbaycan nefti ucuzlaşdı
12 Avqust 2026 10:36
“Son 5 ildə Naxçıvanda fəaliyyət göstərən sənaye müəssisələrinin sayı 20 faiz artıb”
11 Avqust 2026 17:25
Ötən il Azərbaycanda vergi cinayətləri ilə bağlı 2131 iş olub
11 Avqust 2026 10:25
“11 il oxuyub, siz illərlə onun təhsilinə vaxt, pul və zəhmət sərf etmisiniz...”
10 Avqust 2026 16:39
Tranzit yükdaşımalarda rekord - Ən yüksək göstərici qeydə alındı
10 Avqust 2026 15:39


Bakı -°C

