Rusiya Talibandan Ukrayna döyüşlərinə cəlb edə bilər - Politoloq
“Rusiya ilə Taliban arasında hərbi əməkdaşlıq müqaviləsinin bağlanması, Kremlin Ukrayna ilə bağlı planın tərkib hissəsidir. Dövlətlər arasında hərbi əməkdaşlıq təbii proses sayılsa da, beynəlxalq təcrid şəraitində olan Taliban Əfqanıstan ilə belə bir anlaşmanın məhz indiki mərhələdə imzalanması müəyyən suallar yaradır.Hazırda Taliban rəhbərliyi ilə məhdud sayda ölkə siyasi və iqtisadi əməkdaşlıq edir”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, Rusiyanın Talibanla əməkdaşlığı ilk növbədə Moskvanın strateji maraqları ilə bağlı görünür:
“Bununla Kreml Əfqanıstandakı potensial insan resurslarından yararlanmağa çalışır. Bu çərçivədə Ukrayna müharibəsində iştirak üçün muzdlu əfqan döyüşçülərin, eləcə də Talibanın formalaşdırdığı silahlı strukturlarda təcrübə qazanmış şəxslərin cəlb edilməsi mümkün görünür. Digər tərəfdən, Taliban rejimi Rusiyadan genişmiqyaslı silah alışını maliyyələşdirəcək iqtisadi imkanları məhduddur. Əfqanıstanda ağır sosial-iqtisadi böhran davam edir. Buna görə də, yaxın perspektivdə Rusiyanın Əfqanıstanda hərbi baza yaratması və ya böyük hərbi infrastruktur qurması real görünmür. Mövcud şəraitdə tərəflər arasında hərbi əməkdaşlığın əsas məqsədi daha çox Rusiyanın Ukrayna müharibəsində əlavə canlı qüvvə ehtiyacını qarşılamaq planı dayanır. Bunun müqabilində isə Moskvanın Taliban rejiminə maliyyə, ərzaq dəstəyi verməsi mümkün görünür”.
Vasif
Digər Xəbərlər
12 Iyun 2026 18:24
Netanyahu İlham Əliyevi TƏBRİK ETDİ
12 Iyun 2026 18:00
Ceyhun Bayramov Slovakiya XİN-in dövlət katibi ilə görüşdü
12 Iyun 2026 12:22
Prezident Administrasiyasında Qiyas Sadıqov ilə görüş keçirildi
12 Iyun 2026 11:44


Bakı -°C

