Livan İranın yardımından imtina edib

Livan hökuməti İranın 60 milyon dollarlıq yardım təklifindən imtina edib.
Adalet.az xəbər verir ki, məlumatı "Ettelaat.com" yayıb.
İranın Livandakı səfiri Müctəba Əmaninin sözlərinə görə, rəsmi Beyrut bu addımı İslam Respublikasına tətbiq edilən sanksiyalardan çəkindikləri üçün atdığını bildirib.
Səfir Livan hökumətinin mövqeyini tənqid edərək deyib ki, ABŞ bu ölkəyə vəd etdiyi yardımı üç ildir yerinə yetirmir: "İranın təklif etdiyi yardım isə Livanın iqtisadi və sosial böhran şəraitində yaşayan əhalisinin bir sıra problemlərinin həllinə kömək edə bilərdi".
Digər Xəbərlər

İsrail bu sənədin arxasında durmalıdır - Ərdoğan

“Əl-Cəzirə”nin canlı efirinə girən siçovul gündəm oldu - VİDEO

Yaxşı variantlar var - Zelenski-Tramp danışığı olub - YENİLƏNİB

İlham Əliyev və Putin bu planlara imkan vermədi - Arkov

“Qəzzaya əvvəl mən, sonra siz gedəcəksiniz” - Ərdoğan

"Putin üzr istəməsinə baxmayaraq öz ampulasındadır"

Belarus ordusunun döyüş hazırlığı yoxlanılacaq
