Təhsil işçiləri Push30 platformasına qoşuldu
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqları Respublika Komitəsi (ETİHİ RK) təhsil sektorunda çalışan əməkdaşların sağlam həyat tərzini dəstəkləmək məqsədilə Push30 platforması ilə birgə pilot layihəyə başlayıb.
Adalet.az xəbər verir ki, Push30 ölkə üzrə müxtəlif idman, fitness, yoga, pilates, üzgüçülük və sağlamlıq mərkəzlərinə vahid abunəliklə giriş imkanı təqdim edən platformadır.
Pilot mərhələdə ETİHİ RK-ya üzv olan 3 000 nəfər təhsil işçisi üçün xüsusi güzəştli paketlər təqdim olunur:
• 3 aylıq “Standart” abunəlik – 120 AZN
• 3 aylıq “Plus” abunəlik – 300 AZN
Ödənişlər seçilən abunəlik növünə uyğun olaraq ayda 40 AZN (Standart) və ya 100 AZN (Plus) olmaqla taksit kartları ilə 3 ay ərzində hissə-hissə edilə bilər.
Layihənin təqdimatı Sea Breeze Event Hall-da keçirilib. Tədbirə ETİHİ-nin nümayəndələri və 500-dən çox təhsil işçisi qatılıb.
ETİHİ RK-nın sədr müavini Mirzə Cəfərzadə və Push30-un baş icraçı direktoru Adil Qasımov çıxış edərək iştirakçılara layihə barədə geniş məlumat veriblər. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının cari ildəki fəaliyyəti ilə bağlı videoçarx təqdim edilib.
Push30 komandası iştirakçılara mobil tətbiq vasitəsilə qeydiyyat və istifadə qaydalarını izah edib.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra əyləncəli proqram, furşet və hədiyyələr təqdim olunub.
Digər Xəbərlər
23 Mart 2026 12:12
Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak etdi - FOTOLAR
19 Mart 2026 10:39
Dövlət qulluqçularının əməkhaqqı sistemində əlavələr ləğv edildi
18 Mart 2026 19:00
Ağalı kənd məktəbinə yeni direktor təyin edildi
18 Mart 2026 11:15
TKT imtahanına qeydiyyat aparılır
17 Mart 2026 14:47
Azərbaycan Universitetində Dünya Sosial İş Günü qeyd olunub
17 Mart 2026 14:20
Xaricdə ali təhsil alan 181 nəfər peşə tanınması imtahanı verib
17 Mart 2026 13:23
Məktəbdə uşağı döyənlər 200 manat cərimələnəcək
17 Mart 2026 12:04


Bakı -°C

