Yaxşı variantlar var - Zelenski-Tramp danışığı olub - YENİLƏNİB
Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla Rusiyanın Hava Hücumundan Müdafiə (HHM) sisteminin gücləndirilməsi imkanlarını müzakirə edib.
Adalet.az-ın məlumatına görə, bu barədə V.Zelenski sosial şəbəkələrdə yazıb.
Ukrayna Prezidentinin sözlərinə görə, Tramplа söhbət məhsuldar keçib.
"Biz HHM sistemini gücləndirmək imkanlarını və bu barədə hazırladığımız razılaşmaları müzakirə etdik. Bizi gücləndirmək üçün yaxşı variantlar var", - o bildirib.
V.Zelenski Rusiya ilə danışıqların başlanmasının zəruriliyi barədə bəyanat verib. Lakin onun fikrincə, Moskvanı danışıqlar masasına əyləşməyə məcbur etmək üçün güc tətbiq etmək lazımdır: "Güc sayəsində bunu təmin etmək olar".
O, ABŞ Prezidentinə təşəkkür edib.
***
Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Tramp ilə telefon danışığı aparır.
Adalet.az-ın "RBK-Ukraina"ya istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak açıqlama verib.
"Prezident Volodimir Zelenski hazırda Donald Trampla danışır", - o qeyd edib.
Digər Xəbərlər
23 Noyabr 2026 00:00
Tramp İrana zərbələrin bərpasını nəzərdən keçirir
22 Noyabr 2026 23:15
Zaxarova: BMT-də islahatlar təşkilatın bütün sahələrini əhatə etməlidir
22 Noyabr 2026 22:23
Hörmüzdə tankerlər minaya düşərək partladı
22 Noyabr 2026 19:00
"İsrail Suriyaya hücum edə bilər"
22 Noyabr 2026 18:54
Avropa İttifaqı gələn il miqrant axınında rekord gözləyir
22 Noyabr 2026 18:51
Taxta çıxanda qardaşını tituldan məhrum edə bilər - Kral ailəsində qalmaqal
22 Noyabr 2026 18:36
“Açıq sərhədlər dövlətləri məhv edir” - Tramp
22 Noyabr 2026 18:25


Bakı -°C

