
Onlar bu torpaqdan , bu ocaqdan otuz ildi, uzaq düşmüşdülər. Ən yaxşı halda kəndlərini yuxularında görürdülər. Və günlərin birində Laçının və kəndlərinin qaytarılacaqlarına inanirdılar. Elə bu inamıdı onları yaşadan. Mən Laçının Ziyrik kəndindən olan Arif Ağayevlə iyirmi ilə yaxındır ki, dostluq eləyirəm.
Onunla tet- tez Füzuliyə, Bəhmənliyi gedirdik və elə bu gün də o yerlərə baş çəkməyi unutmuruq. Hətta Ariflə o qədər yaxınıq ki, Bəhmənlidə çox adam onu yaxşı tanıyır. Bir dəfə kəndə tək getmişdim, gordüm ki, qohum-əqrəba ona görməyəndə dilxor oldu. Sual verməyə qoymadım. Dedim ki, Arifgilin toyları var, ona görə gələ bilmədi. Hər şeyə aydınlıq gəlndən sonra həm mən, həm də qohumlar sakitləşdi.Onu da deyim ki, Arif çox canlara dəyən oglandı. Dostluqda sədaqətlidir, kəsdiyi çorəyə, içdiyi çaya hörmət eləyən insandır. Kaş bütün dostlar onun kimi dostluğa, düz-çorəyə hörmət eləyədi. Bir sözlə, onun kimi sədaqətli admalr bu sünyada çox azdır! Onunla Horadizə gedəndə şəhərin girəcəyində bir yol nişanı vardı, daha doğrusu, o lövhə idi. Orada Horadizdən sonra Cəbrayıl, Qubadlı, Zəngilan,Laçın sözləri yazılmışdı. Onda o torpaqlar işğal altında idi. Arif əlini lövhədə Laçın sözünın üstünə qoydu və dedi ki, Allah mənə Laçına getməyi qismət eləsin! Və sonra da kövrəldi, gözləri doldu...
44 günlük möhtəşəm savaşdan sonra Azərbaycan Ordusu işğal altında olan 9 rayonumuzu, o cümlədən Laçını erməni faşistlərindən azad elədi! Bax onda Arifın sevincdən necə ağladığını gördüm... Üç il keçəndən sonra Allah ona Laçına getməyi qismət elədi. Dedi ki, Faiq müəllim, Laçına getməyə icazə almışıq. Allah qoysa, iyulun 7-də mən, yaxın qohumlarım- Rabil Orucov, Aqil Salmanov, Elməddin Allahverdiyev Laçna gedirik. Sözün düzü, ona gözaydınlığı verdim və " yaxşı yol!"-dedim! Arif dəmir lövhəyə"Ziyrik" sözlərini yazdırib maşnın yük yerinə qoymuşdu.
Axşamüstü Laçının Ziyrik kəndinə çatırlar. Deyir kı, dızimi yerə qoyub torpağı öpdüm sonra da sevincimdən hönkûr-hönkür ağladım.Yanımdakı qohumlar da torpağı öpdülər və gövrəldilər. Evimizin yerin axtarıb tapdım,heç nə qalmamışdı, hamısın dağıtmışdılar. Əmimgilin evləri də yox idi. Bir sözlə, Ziyrikdə bir salamat ev yox idi.Amma ağaclar, xüsusən də qoz ağacları dururdu. Ağacların ustündə bir qoz var idi ki, gəl görəsən. Rabil cəld tərpənib bir az qoz yığmışdı. Sındırib yedik. Axşam kəndimizdə qaldiq. Havasından udduq, bulağın suyundan içdik. Səhər açılanda bir də kəndi qarış-qarış gəzdik.Apardığım "Ziyrik" yazılmış dəmir lövhəni kəndin girəcəyində yerəşdirdik.Sonrakı günlərdə Zabux, Malbəy, Hüsulü,Minkənd, Sultanlar, Qotaz kəndlərində olduq.
Həkəri çaynın suyunda yuyunduq. Məşhur şəlalədə əl-üzümüzü yuduq! Bir axşam da Laçın şəhərində qohumumgilin evində qaldıq. Laçında və maşallah, elə tikinti işləri görülür ki, baxanda adamın ürəyi dağa dönür. Əvvəllər yuxularımda Laçına gedirdim. Amma indi qohumlarımla bir yerdə Vətənimə getdim və yuxularım çin oldu. Buna görə göydə Allaha, yerdə Prezidentə və Azərbaycan əsgərinə minnətdarıq!!!