Od tutub yanır... - Faiq Qismətoğlu yazır

FAİQ QİSMƏTOĞLU
1723 | 2023-07-08 23:55

Belə  də  isti olar, adamın ürəyi partlayır?! Bəs nə bilmişdiniz! Düşünürdünüz ki,  havalar iyun ayındakı kimi sərin keçəcək?  Tay Allah bizə nə vaxta qədər rəhm edəcək! İndi də yayın ən isti ayıdır.Hər halda bununla razılaşmaq lazımdır.

Yəni istidən çıxış yolları axtarmalıyıq! Deyəsən , yavaş-yavaş o yolu tapırıq ,axı! Belə isti günlərdə ya  çimərliklərə  , ya da istirahət  mərkəzlərinə  getməliyik. Bu da elə-belə başa gəlmir. Çimərliklər o qədər də  baha deyil. Amma istirahət  mərkəzlərinə üz  tutsan  orada qiymətlər od tutub yanır.

Yayın istisi bir yandan, qiymətlərin də istisi başqa yandan. İndi gəl, görüm özünü neçə hiss eləyirsən! Qubada, Qusarda, Qəbələdə, Lənkəranda ,Masallıda,  Haçıkəndə bir axşam istirahət mərkəzində  qalsan hər şeyin  şahidi olarsan. Həmin  yerlərdə bir axşam qalsan yüz manatından keçməlisin.  İki nəfər bir  həftə qalsa iki min manat pul  xərcləməlidir! Bu pul da  hər adamda olmur. Amma hamı istəyir ki, heç olmasa, ildə  bir dəfə ailəsilə  istirahətə getsin. Belə bahalığı görəndə  isə gözü kəlləsinə  çıxır.  Çünki qiymətlər istirahət  mərkəzlərində od tutub, yanır.  "Yanğını" isə heç kim " söndürmək"  istəmir.

Ən azından ona  görə ki, bu "yanğın" istirahət  mərkəzlərinin  sahiblərinə  sərf eləyir! İmkansız adamlar  üçün ən yaxşı istirahət evdə oturmaqdır. Belə ki, bu bahalıqda  oranı görüb  nə qanları qaralacaq,  nə  də  onlar  xərcə-borca  düşəcəklər!!!

TƏQVİM / ARXİV