Kölgəsi elin ustünə düşür...   - Faiq Qismətoğlu yazır

FAİQ QİSMƏTOĞLU
1823 | 2023-07-06 10:12

Bu dünyada yaxşı adamlar gün işığı kimidi; onların işığı özlərindən ,qohumlarıdan çox elin, obanın  üstünə düşur. Bax belə olanda həmin insanlar hamı tərəfindən sevilir və hörmətlə qarşılanır. Mən onu o qədər də yaxşı tanımırdım, hətta qonşumuz olsa, belə yaxın ünsiyyətim yoxuydu. Amma atası rəhmətliklə tez- tez binamızın yaxınlığında yerləşən 282 nömrəli məktəbin həyətində görüşərdik. Mən stadıonda yeriyir, o isə isti günlərdə əlində çəlik məktəbin həyətində kölgəlikdə əyləşib, həmyaşıdları ilə söhbətləşərdi. Ən çox da mənim yaxın dostum , yazıçı- publisist Səməndər müəllimlə dərdləşərdi. Səməndər müəllim  dedi ki, bu ağsaqqal bizim Faxralıdandır. Oğlu Fərman müəllim də  Faxralının ziyalılarından, Azərbaycanı, elini, obasını sevən  vətənpərvər, xeyirxah insanlarındandır. O, yetimə-yesirə , kimsəsizə, ehtiyac içındə olan insalar arxa durur, kömək eləyir.

Sözün düzü, Səməndər müəllimin  bu  təqdimatından  sonra Fərman müəllimə qanım qaynadı,hətta   bir neçə dəfə o,mən,  Səməndər və Şikar müəllimlə bir yerdə çörək də kəsdik. Gördüm ki, deyilən kimi,varmış; nə qədər yüksək zirvəyə qalxsa da , imkanı geniş olsa da çox sadə və səmimi bir ziyalıdı. Başqalari kimi insalara yuxarıdan aşağı baxmır və özünü çəkib, dağ başına qoymur. Əksinə, onun çox böyük ürəyi var!   Mənim Borçalıdan, o cümlədən  Faxralıdan  çox etibarlı, sədaqətli dostlarım var. O eldən təkcə  Səməndər müəllimin adını çəkmək bəs eləyir. Ona bir gün zəng eləməsəm, ürəyim partlayar. O biri dostların adını yazsam , uzun siyahı alnar!

Nə başınızı ağrıdım, Fərman  Kazımov  təpədən- dırnağa türk oğlu, türkdür və Faxralı elinin   fəxr ediləsi oğludur.  O həm də qurub-yaradan,  möhtəşəm işlər görən  bir istedalı  inşaatçıdır. Bu gün onu Bakıda çox  çətinliklə tapmaq olur. Çox vaxt ışğaldan azad olumuş rayonlarda - Hadrutda, Füzulidə olur. Orada tikinti-quruculuq işlərində  tapşırlan vəzifəni icra edir.

Dünən Füzulidən qayıtmışdi, tikdiyi mənzillərin də  görüntülərini Şikar müəllimə və mənə göstərdi. Füzuli  şəhərində çox möhtəşəm  tikinti işləri getdiyini  gördük və ürəyimiz dağa döndü. Sonra da Fərman müəllim dedi ki, yanımda işləyənlərin bir neçəsi  Böyuk Bəhmənlidəndir. Onları səhər gəlib kənddən götürür,  axşam da maşınla geri qaytarıram. Yaxşı uşaqlardı! O, Füzuli haqqında elə ürəkdən  danışır ki, sanki orada anadan olub.

Mən nə qədər Faxralılyamsa,  o da bir o qədər  Bəhmənlilidir. Bir sirri də açım ey! İyul ayının  8-də  Fərman müəlimin  60 yaşı tamam olur. Fərman müəllimə- dünyanın ən nurlu insanına öncə can sağlığı , nəvəli-nəticəli bir dünya arzulayırıq!

Deyirik ki, Fərman müəllim Allah-təala sizə hər şey bəxş edib. Ey gözəl insan, Tanrı səni qorusun ki,  bundan sonra da  qurub- yaradasan, kimsəsizlərə, yetimə-yesirə  arxa  durasan!!!

TƏQVİM / ARXİV