Biz həmişə polisimizə güvənmişik... - FAİQ  QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
1605 | 2023-07-02 13:55

2 iyul -Azərbayan  Polisinin Peşə bayramıdır

Azərbaycan polisi dövlətin, xalqın və millətin ən ağir günündə onun yanında olub. Müstəqilliyimizi əldə edəndə də, torpaqlarımızın iyirmi faizi işğal olunanda da, Vətənin ən çətin anında da onlar milləti darda qoymayıblar. Vətənimizin işğaldan azad oluması, eləcə də müstəqilliyimiz  uğrunda Azərbaycan polisi yüzlərlə şəhid verib, yüzlərlə əməkdaşı döyüslərdə yaralanıb. Mən bunları gözümlə görmüsəm və Qarabağ ügrunda gedən döyüslərdə onların yanında olmuşam. Gördüyüm o olub ki, polislərimiz yağılarla aslan kimi vuruşublar  və düsmən onların qabağindan qaçıblar.

Ölkəmizdə ictimai asayişın təmin olunmasında ,cinayətkarlığa qarşı mübarizədə polisin əməyi əvəzisdır. Ölkə  Prezidenti İlham Əliyev Azərbaycan polisinin maddi-texniki bazasının möhkəmləndirilməsini həmişə diqqət mərkəzində  saxlayıb və qurum ən müasir texnika , texnologiya  ilə təchiz edilib. Polis da cənab Prezidentin  etimadını  həmişə dögruldub.  Son vaxtlar Azərbaycan polisi   cinayətkarlığa qarşı mübarizəni daha da güclədirib.Belə ki, cəmiyyət üčün təhlükəli olan bir neçə  cinayətkar dəstə  yaxalanıb və zərərsizləşdirilib.  

Xüsusən də DİN-nin Baş  Narkotiklərə Qarşı Mübarizə  İdarəsinin fəaliyyəti  cəmiyyət tərəfindən yüksək qiymətləndirilir və alqışlanır. Çünki" ağ ölümü" yayan minlərlə narkotika alverçisi saxlanılıb və  şəbəkəyə qoşulanlar ifşa olunublar. Bu o deməkdir ki,  dövrüyyədən tonlarla  müxtəlif narko maddələr çıxarılib və bəladan minlərlə insan xilas edilib. Bu bayram günündə  Çevik Polis Alayının və Baş Dövlət Yol Polisi İdarəsinin əmədaşlarınında  zəhmətini  xüsusilə qeyd etmək istəyirik. Ona görə ki, hər iki qurumun  ictimai asayişin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, hərəkətin təhlükəsizliyinin təmin edilməsində böyük xidmətləri var.

 2 iyul -Azərbayan  Polisinin Peşə bayramı münasibətilə  bu  Nazirliyin bütün əməkdaşlarını  təbrik eləyir, dövlətimizə, xalqımıza xidmətdə onlara can sağlığı və uğurlar arzulayırıq!!!

TƏQVİM / ARXİV