adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Sürmeli Karabulut: Toyuq kimi böyüdülən qartaldan qartal ola bilməz

57178 | 2020-06-20 10:20

Dörd toyuq qartal yuvasına gedib yumurtalardan birini oğurlayırlar.Yumurtanı hinə gətirəndə o biri toyular gördükləri bu yumurtanı çox böyük birtoyuğa aid olduğunu düşünürlər. Zaman keçir, yumurtanı gətirənlər də qartalıunudurlar, onlar dab u yumurtanın böyük bir toyuğa aid olduğunu zənn etməyəbaşlayırlar. Günlərin bir günü kürt yatan bir toyuğun altındakı o yumurtaqırılır, içindən qapqara qanadları, qəribə dimdiyi olan bir toyuq çıxır.

Hamı təəccüblə baxır, hamı xoşbəxtdir. Beləsini ilk dəfə görürlər. Anatoyuq balasına dərs keçməyə başlayır. "Bax, bala, yerdən tapdığın böcəyi beləye! Arpanı belə ye!”. Ana toyuq hər keçən gün yeni şeylər öyrədir balasına. Təhlükələrəqarşı necə davranacağını da. Böyük yumurtadan çıxan bala anasının hər dediyini eləyir. Böyüdükcə də gözəlləşir.Olduqca uzun qanadları var. Digər toyuqlar onun qanadlarına qısqanclıqlabaxırlar.

Bir gün ana toyuq balasına havadan gələn hücumlara qarşı özünü necəmüdafiə etməyi başa salarkən balasının gözü göy üzündə, çox yuxarılarda uçanbaşqa bir canlıya sataşır.

"Ana, o nədir?” deyə soruşur.

Ana "hə, onu deyirsən? O qartaldı, quşların padşahı” - deyə cavab verir.

"Nə gözəl uçur?!” – deyib köks ötürür bala toyuq.

"Hə, bala, amma sən əsla ona qibtə etmə! Əsla onun kimi olmayacaqsan. Səndənəvvəl atan, baban, əmin hamısı ona qibtə etdi, amma heç biri onun kimi uça bilmədi.Sən toyuqsan və bir toyuq kimi yaşamalısan” – deyə ana balasına deyir.

O gündən sonra bala toyuq ömür boyu arxa baxçada qartalın möhtəşəmuçuşunu izləyib köks ötürdü və hər dəfə "kaş ki, mən də bir qartal olub uçabilsəydim” deyə kədərlənir.

Və bir gün bala toyuq qartalın göydə uçuşunu seyr edə-edə ölür. Onu birtoyuq kimi dəfn edirlər. O isə ölən bir qartaldır.

Etienne de la Boetie "Könüllü köləlik” kitabında yazır:

"Əgər iki nəsil kölələşdirilirsə, bundan sonra gələn nəsil də azadlığıheç tanımadığı, görmədiyi üçün peşmanlıq duymadan xidmət edər və ondan əvvəlkilərinməcburi etdiklərini sevə-sevə yerinə yetirər.

Bixəbər ailələrin və iqtidarın təzyiqi altında olan toplumların uşaqlarıqulluq, köləlik içində böyüdülüb tərbiyə olunurlar. Siyasi iqtidarlar kiçik birtənqidə, etiraza tab gətirmirlər, dözmürlər. Onlar kimi düşünməyənlərgünahkardır, xaindir. Dolayısı ilə bu insanlarda siyasi iqtidarı tənqid etməyəyönəlmiş hər hansı bir hərəkət etməyə qalxmazlar. Belə bir fəaliyyət üçün lazımolan azad düşüncədən, iradədən yoxsulluq çəkirlər. Belə bir sistemi sevib mənimsəyirlərvə bu sistemin xaricində başqa sistemlərin olduğunu ya qəbul etmirlər, ya da fərqinəvarmırlar.

Onlara insanların içində olduqları vəziyyəti təbii qarşılayıb mənimsəmələri,daha yaxşısını, daha gözəlini qarşılarına məqsəd qoymaqları üçün bəlli dəyərlər,qürur, fəzilər kimi insane davranış qəliblərini aşılamaq lazımdır.

Çünki məntiqli və azad düşünən, ağlını işlədən, sorğulayan, lazımolduqda haqqını tələb edənlərdən ibarət olan toplumların gələcəyi parlaq olur.

Bu könüllü qulluğun, köləliyin yox edilməsi, azad şəxslərin yetişdirilməsiyenə bizim əlimizdədir. Yəni insanlar istəsələr qartal, istəsələr toyuqyetişdirərlər.

Atatürk Cümhuriyyəti quranda qartal yetişdirmək üçün çalışırdı. Bəziləriisə qartallara düşməndir. Onlar toyuq bəsləmək istəyirlər.

İçinizdəki qartal olmaq atəşi heç vaxt sönməsin, fikir hürr olmasa, bədəndustaqdır.




TƏQVİM / ARXİV