Levandovskidən het-trik, "Barsa"dan əzmkar qələbə
İspaniya La Liqasında 33-cü tura yekun vurulub.
Adalet.az xəbər verir ki, turun son oyununda “Barselona” öz meydanında “Valensiya”nı qəbul edib.
Kataloniya klubu fasiləyə hesabda geridə yollansa da, ikinci hissədə rəqibin azlıqda qalmasından yararlanaraq geridönüş edərək qələbə qazanıb.
“Barselona” - “Valensiya” - 4:2
Qollar: Fermin Lopez, 22 (1:0), Huqo Duro, 27 (1:1), Pepelu, 38-pen. (1:2), Robert Levandovski, 49 (2:2), 82 (3:2), 90+3 (4:2)
Qırmızı vərəqə: Giorgi Mamardaşvili, 45+4 (“Valensiya”)
Bu qələbə sayəsində xallarının sayını 73-ə çatdıran “Barselona” turnir cədvəlində ikinci pilləyə yüksəlib. “Valensiya” isə əvvəlki kimi 47 xalla turnir cədvəlində səkkizinci yeri tutur.
Digər Xəbərlər
17 May 2024 11:39
“Arsenal” Arda Güler üçün 45 milyon avro təklif etdi, “Real Madrid” qəbul etmədi
16 May 2024 19:00AFFA “Turan Tovuz”un şikayətini təmin etmədi
16 May 2024 17:33“AVRO-2024”də çıxış edəcək Almaniya millisinin heyəti açıqlanıb
16 May 2024 12:53AFFA “Zirə”yə xəbərdarlıq etdi
15 May 2024 20:10