Sülhməramlıların atəşə tutulması barədə rəsmi məlumat

Sentyabrın 20-si Canyataq yaşayış məntəqəsi yaxınlığında Rusiya Federasiyasının sülhməramlı kontingentinə məxsus UAZ Patriot avtomobilinin atəşə tutulması nəticəsində sülhməramlı kontingentin hərbi qulluqçularının faciəvi şəkildə həlak olması faktı qeydə alınıb.
Adalet.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, hadisənin bütün baş verməsi səbəblərini araşdırmaq üçün Azərbaycan və Rusiyanın istintaq orqanları yerində əməkdaşlıq şəraitində çalışırlar.
"Baş vermiş hadisədən təəssüf hissi keçirir, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəhbərliyi, Rusiya sülhməramlı kontingentinin komandanlığı və həlak olmuş hərbi qulluqçuların ailələri və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyirik", - Nazirliyin məlumatında deyilir.
Digər Xəbərlər

Niyə yeniyetmələr valideynlərinin sözlərinə baxmır?

Polis özünü dənizə ataraq qadını xilas edib - VİDEO

Bakıda güclü külək iki ağacı aşırdı

7-ci sinif şagirdini maşın vurub öldürdü

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Çimərliklərdə boğulma ilə bağlı 6 müraciət edilib - Rəsmi

AZAL-ın qəzaya uğramış təyyarəsi ilə bağlı ekspertizanın nəticələri məlum olacaq
