adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
18 Iyun 2019 17:49
24603
ƏDƏBİYYAT

Stalinin ailə sirləri və ya rəhbərin neçə uşağı olub?

Sibir "macərasından” sonra Stalin 1917-ci ildəPeterburqa qayıdır. Elə həmin il fəhlə-inqilabçı Sergey Alliluyevin 16 yaşlıqızı Nadejda Alliluyeva ilə izdivaçı başlayır. Onu da bildirim ki, Nadeşda 9sentyabr 1901-ci ildə Bakıda dünyaya gəlib. Tezliklə Nadejda evdən qaçaraqStalinlə birgə yaşamağa başlayır. 1918-ci ildə onlar evlənsələr də, yalnız 24mart 1919-cu ildə rəsmi nikaha girirlər. Bu evlilikdən onların 1921-ci ildəVasili, 1926-cı ildə isə Svetlana adından övladları dünyaya gəlir.

1922-ci ildən yüksək vəzifələrə irəli çəkilən,Lenin ölümündən sonra isə, bütünhakimiyyəti əlinə alan Stalin böyük bir dövlətin rəhbəri olur. Hakimiyyətdə zirvələri fəth edən Stalinin ailə həyatında böhran son həddə çatır, Nadejdailə münasibətləri təmamilə pisləşir. 1932-ci il noyabrın 8-dən 9-na keçən gecəNadejda özünü güllələyərək intihar edir. Bundan sonra "xalqlar ata”sı birdə ailəhəyatı qurmur.

Rəhbərin ikinci rəsmi oğlu olan Vasili 24 mart1921-ci ildə dünyaya gəlib.

1938-1940-cı illərdə Kaçinski hərbi təyyarəçilik məktəbində,1940-1941-ci illərdə Hərbi hava mühəndislər akademiyasında təhsil alır. Müharibəzamanı təlimçi təyyarəçi vəzifəsindən qırıcı aviasiya diviziyasının komandiri vəzifəsinəqədər irəliləyir. Müharibəni polkovnik rütbəsində bitirir. Yalnız "Berlin əməliyyatı”zamanı polkovnik V.Stalinin diviziyası 949 döyüş uçuşları edərək, 15 havadöyüşlərində 18 düşmən təyyarisini yerə salmışdı. Ümumilikdə müharibə boyu şəxsənpolkovnik V.Stalin özü 90-dan çox hərbi uçuşlar edərək, bəzi mənbələrə görə 5,digər mənbələrə görə isə 2 düşmən təyyarəsini məhv etmişdi. Gənc polkovnikSSRİ-nin 13, Polşanın 3 orden-medalları ilə təltif edilmişdi.

1946-cı ildə o, aviasiya general-mayoru rütbəsinəlayiq görülür, 1949-cu ildə isə general-leytenant rütbəsi alaraq, Moskva HərbiDairəsinin HHQ komandanı vəzifəsinə gətirilir.

Kremlin "şahzadəsi” uğurları ilə yanaşı həm də,içki və qadın düşgünü olur. 1952-ci ildə onu tutduğu vəzifələrdənuzaqlaşdırılır. 1953-cü il martın 5-də "xalqlar ata”sı olan İosif Stalin vəfatedir, bununla "şahzadə” Stalinin də qara günləri başlayır. Onu əvvəlcə ordudanqovurlar, rəhbərin ölümündən 53 gün sonra isə, antisovet təbliğatındagünahlandırılaraq həbs edilir. Məhkəmənin qərarı ilə onu 8 il azadlıqdan məhrumedirlər. Diqqət çəkən məqamlardan biridə odur ki, istər "Lefortovo”, istərsə də,"Vladimirskiy Central” həbsxanasında onu rəhbərin oğlu Vasili İosifoviç Stalinadı ilə deyil, Vasili Pavloviç Vasilyev adında qeyd edirlər. Buna səbəb o idiki, yeni hakimiyyət nümayəndələri xalq qınağından qorxurdular. Lakin ataStalindən qisas ala bilməyənlər oğuldan qisas almağa çəkinmirdilər. Türmə həyatızamanı Vasili əlilə çevrilərək ömrünün sonunadək çəliyin köməkliyi ilə yeriyir.1960-cı ilin 9 yanvarında həyatı puç olmuş "şahzadə”ni vaxtından əvvəl azadedirlər. Ona Moskvada 3 otaqlı mənzil verilir, rütbəsi geri qaytarılır, generaltəqaüdü ayırılır, lakin tam bəraət verilmir. Lakin onun azadlıq sevinci çox çəkmir.16 aprel 1960-cı ildə onu yenidən antisovet təbliğatına görə həbs edirlər. 28aprel 1961-ci ildə Vasili azadlığa çıxsa da,ona Stalin soyadını daşımağı qadağan edilir. Kremlin bəxtsiz "şahzadə”sinəCuqaşvili soyadı ilə pasport verilir, eyni zamanda 5 il müddətinə Kazan şəhərinəsürgün olunur. Həmin dövrdə adı çəkilən şəhər əcnəbilərin üzünə bağlı olan şəhəridi. Xruşov hökuməti varis Stalinin Çin Xalq Respublikasına sığınmaq, və ya ABŞqaçmasından ehtiyat edirdilər.

Kazanda o 150 rubl təqayüdlə yaşayır və gününü əyaşlıqlakeçirir. 19 mart 1962-ci ildə Kremlin "şahzadəsi” müəmmalı şəkildə vəfat edir.Rəsmi məlumata görə alkoqoldan zəhərlənmə. Lakin sonralar onun KQB agentləri tərəfindənzəhərlədilməsi faktı da irəli sürülür. O, heç bir hərbi ehtiram göstərilmədənKazan şəhəri Arsk qəbristanlığında dəfnedilir. 1999-cu ildə Rusiya baş hərbi məhkəməsi qərarı ilə general-leytenantVasili Stalinə tam bəraət hökmü çıxarır. 2002-ci ildə onun nəşi MoskvaTroyekurovsk qəbristanlığına gətirilərək orada dəfn edilir.

Vasili Stalin 4 dəfə ailə həyatı qurub.

İlk dəfə 1940-cı ildə fransız mənşəllidi QalinaBurdonskaya (o Napaleon müharibəsi zamanı ruslara əsir düşən Burdon soyadlızabitin kötücəsidir) ilə ailə həyatı qurur. Bu evlilikdən Aleksandr və Nadejdaadlı övladları dünyaya gəlir. 1944-cü ildə cütlüklər ayrılır.

Vasilinin oğlu Aleksandr 1941-ci ildə dünyaya gəlib,uşaqlıda Stalin soyadını daşısa da, sonralar məşhur soyaddan imtina edərəkanasının soyadı olan Burdonskini götürür. Həyatı boyu babası Stalinə qarşı nifrəthissi keçirir. Hətta bir dəfə də olsun babasının üzünü, nə də nəvazişinigörmüşdü. Savadı və qabiliyyəti sayəsində 1958-ci ildə "Bədii-texniki TeatrLitsey”ini, sonralar isə "Rusiya Teatr Sənəti İnstitut”unu bitirərək rejissörkimi fəaliyyətə başlayır. 1972-ci ildən "Rusiya Mərkəzi Akademik OrduTeatr”ında quruluşçu rejissör kimi çalışır. 1985-ci ildə o, Rusiya SovetFederativ Sosialist Respublikasının (RSFSR) əməkdar artisti, 1996-cı ildə isəRusiya Federasiyasının xalq artisti adına layiq görülür.

Ailə həyatı qursada, övladı olmur. Bunun səbəbinibabasının geninin itməsi kimi izah edir.

24 may 2017-ci ildə Aleksand Burdonski uzun sürən xəstəlikdənsonra vəfat edir. O, Vaqankovsk qəbristanlığında anasının yanında dəfn edilir.

Vasilin qızı Nadejda 1943-cü ildə dünyaya gəlib.Sonralar SSRİ Xalq yazıçısı Aleksandr Fadeyevin oğulluğu Aleksandrla ailə həyatıqurur. Onların 1977-ci ildə Anastasiya Stalin adında qızları, 1992-ci ildə isəhəmin qızlarından Qalina Fadeyeva adında nəvələri dünyaya gəlir. Nadejda1999-cu ildə dünyasını dəyişir.

1946-cı ildə Vasili marşal Semyon Timoşenkonun qızıEkaterina Timoşenko ilə ikinci dəfə ailəhəyatı qurur. Bu evlilik cəmi 3 il çəkir. Onların 1947-ci ildə Svetlana,1949-cu ildə isə Vasili adında övladları dünyaya gəlir. Nəvə Vasili narkotikaludəçisi olur. 1972-ci ildə özünü güllələyərək intihar edir. Digər nəvəSvetlana isə əqli-psixoloji doğulduğundan ailə həyatı qura bilmir. O, 1990-cıildə tənhalıq içərisində vəfat edir.

1949-cu ildə Vasili yenidən ailə həyatı qurur. Onunbu dəfəki seçimi üzgüçülük üzrə qadınlar arasında 20 qat SSRİ çempionu Kapitalina Vasilyevaolur. Bu evlilik 1953-cü ilə qədər davam edir. Lakin bu evlilikdən uşaqlarıolmur.

Nəhayət 1961-ci ildə Kremlin "şahzadəsi” tibbbaçısı olan Mariya Nusber (qızlıq soyadı Şevargina) ilə ailə həyatı qurur. Hətta bu xanımın digər ərlərindən olanqızlarını da öz yeni soyadı olan Cuqaşvilini verir. Bu izdivacdan da Vasilininuşağı olmur.

Ardı var...

Abdullaİsmayıloğlu