adalet.az header logo
  • Bakı 24°C
  • USD 1.7
02 May 2018 11:47
22201
ƏDƏBİYYAT

Şeirin səadət nuru

Mənim 30 illik ali məktəb müəllimi kimi stajımda istedadlı tələbələriminyaradıcılığını imkanım daxilində izləməkdir, uğurlarına sevinməkdir. Və bunu ənböyük sevincim kimi qiymətləndirirəm. Zaman Əsgərli, Əli Rəşidoğlu, Səxavət Qarayev,Elşad Səfərli, Yegizar Cəfərli… İntiqam Yaşar. Sonuncu nəsildir hələlik… Ən gənc şairdir, ordudantərxis olunandan sonra axtarıb məni tapdı, xeyli söhbət elədik, yaradıcılığı (busözü mən işlətdim) barədə az-çox məlumat aldım. Aylar keçdi və bu günlər yığılıbillər oldu. İ.Yaşarın şeirləri də yığılıb bir poetik məcmuəyə çevrildi. Avtoqrafıisə müəlliminə bağışladı. Artıq məndə bir etibarlı inam oyandı ki, gənc İntiqamYaşar poeziyaya ötəri hisslə yox, içindən gələn narahatçılıqdan, tabsızlıqdan, ilhamındangəlir, amma hələ özünə güvənmir: – Müəllim, – söhbətimizin bir məqamında dilləndi.– Yadınıza düşərmi auditoriyada dediniz ki, poeziya yeganə yaradıcılıq fenomenidirki, müəllifinə elə də sadiq çıxmır, ilahidən gələn pay kəsilə də bilər və o, qayğılıgülümsündü.

Onu başa düşürdüm. Onu xatırlatdımki, şeir «darıxanda» ürəkdə o halda yaranır – mətbuatda oxuduğum şeirlərində inanıramki, sən poeziyaya aldanmayacaqsan: özünə qarşı tələbkarlığında, dərin hissi və intellektualmüşahidəndə, ilhamına güvənəndə. Yanılmamışdım. Gənc yazarların güvənc yeri olan«Ədalət» qəzetində İntiqam Yaşarın şeirləri haqqında geniş məqalə ilə çıxış etdim.Məqaləni oxuyan istedadlı tanınan şair Əbülfət Mədətoğlu razılıqla dedi ki, bu gəncinşeirləri məni razı salır. Özü də o qədər təvazökardır! Yazınızda gənci necə də duymusuz,Allahverdi müəllim. Kaş bütün müəllimlər öz yetirmələrini beləcə duyalar…

Məqalənin çapı poeziya həvəskarlarındaxoş təəssürat yaratmışdı, İntiqam Yaşarın özünə məxsus mövzu və poetik yanaşma tərzinərazılıq hissi oyatmışdı.

İntiqam Yaşarın şeirlərininleytmotivində bədii paralellər müxtəlif rakurslardan poetikləşsə də, şairin şəxsihissləri fərəhsiz zülmətə işıq salır, şəhərin yeknəsək ritimlərindən darıxır, bəlkəbununla autizmdən – zehni gərginlikdən, narahatçılıqdan ayrılmaq istəyir – təbiihaldır. Müsbət cəhət odur ki, qeyri-reallıq vizionerlik aşılamır. Şairin sentimentaləzəməti də bundadır.

Bir şəhərin boşluğu

bir balaca otaqdan başlayırdost.

Oynama sükutun ağır havasına–

sümüyünə düşmürsə –

mübhəm və həzin kədərin içindəbir sevgi işartısı da var ki, bu, İntiqamın şeir dünyasında səhərlər oyanır – poetikborcunu ödəyir, amma iztirabların, duyğuların təzadları ilə. Poeziyaya bu soyuqluq– əkslik gətirmir, oxucu duyğulanır. Belə poetik yanaşma İntiqam Yaşarı digər gəncşairlərdən fərqləndirir. Eyni zamanda şeirin poetikasında özünü canlandırır.

Öz qanadlarım yandıqca,

Kəpənək qanadlarına ağladım.

Söykəndiyim divarlar o qədərsoyuq oldu ki,

Nə mən deyim, nə siz soruşun.

Günəş iki olsa belə xeyriolmazdı…

Üşümək alın yazımız idi –

Obrazlı çevrilmələr – mənimqənaətim!

Şeir «düz misralarla» elədə sirdaşlıq etmir, nəsrə çevrilməkdən ehtiyatlanır, belə olarsa öz «oyunu»nu itirərdi– həzinliyi daxilində gəzdirən şeirin sirri də bundadır, əlbəttə, zahiri kamilliyisaxlamaqla. İntiqamın bir üstünlüyü də ondadır, poeziyada (adətən, nəsrdə axtarılır)protekstlikdən qaçır, yəni biçimsizlikdən!

İntiqam Yaşara başqa bir fərqlirakursdan yanaşanda demonemenlik ovqatı yoxdur, buna hacət yox: fikir-qayənin dominantlığı,oxucusuna olan nəzakətliliyi – kultuazlığı, yeri gələndə mötədilliyi – orta həddigözləməsi… Poeziyanın atributları. Bir nümunə: şeir «Əkiz ağaclar» adlanır və oxucuyaxşı mənada yoza bilər; bu isə müəlliflə oxucu arasındakı ruhi – sosial «ixtilafa»da yön ala bilər.

Bəzən ağrılar da əkiz doğulur,

Məsələn,

Ürək ağrılarıyla kürək ağrılarıkimi.

Ayırmırsan heç birini,

Qolların daha geniş açılır,

Qoynun daha isti olur onlara.

Hər əsən küləkdən,

Hər yağan yağışdan qoruyursan.

Onlar boy atıb böyüdükcə –

Sən ayaq üstə quruyursan.

«Şəkər» kimi adı şirin olur,

dadı acı.

Bir gün də, bir gün də,

Səni «təbrik»ə gəlir dostlar, tanışlar.

Qurtulursan büsbütün,

Çatır dadına ağrıların ən sonuncu əlacı.

İntiqam Yaşarın şeir aləmində bir üstünlüyü də ondadır – tənhalıqdan monofobiyadanqoruyur: halbuki şeir şairi həmişə tənhalığa çəkmişdir. Ona görə ki, tənhalıqdabol və təmiz hava var, təbiətin predmetləri canlı təsir bağışlayır, qaibanə səsləriçərisində poetik misralar ürəkdə məskunlaşır, xüsusilə, ötən günlərin kövrək xatirələri– sevgi notları. Təbii xatırlamadı, o cümlədən, mənim yozumumda. Lakin İntiqam Yaşardabu sevgi tənhalığın örtüyünü dəlib bəşəri hissə qovuşur, necə ki, «Mən yenə də hamınısevirəm» şeirində olduğu qədər inandırıcıdır:

Bu gün də ürəyim sözümə baxmadı,

Bu gün də ondan şikayətçiyəm.

Bir payız fəsli qədər səssiz,

bir fəsil kimi yorğunam.

Nəfəsimdə düyünlənən o qədər söz var ki,

Hansı birini susum,

hansı birini gizlədim?

Bilirsənmi,

Mən həmişə kimisə və ya nəyisə gözlədim.

Təqvimlər və dostlardan başqa nə dəyişdi ki?

Ümidlər məni yaşatdıqca,

içimdə çox şeyi öldürdü.

Dərdim kimsənin dərdinə bənzəmədi,

Dərdim də təkrarsızdı,

dərdim də birdi.

Mən ayaq ucunda yeridikcə həqiqət tərəfə

Ən doğma bildiklərim üçün çevrildim hədəfə.

Dostum, gəl sağollaşaq,

baş qoşma mənə,

Mən yenə də hamını sevirəm.

Şairin manerası bitmiş formaya əsaslanır, o halda şeirlərində tamlıq (bitkinlik)güclü alınır. Belə də misraların «boy sırası» müəllif üçün vacib sayılmır; axı şeiryuxarıda vurğulpdığım kimi «oyundur», yazanı isə «Gizlənpaç»ın qəhrəmanıdır, özünügöstərmirsə, baxır, görür və tapılmayacağına sevinir. Təəssüf ki, son on illərdəpoeziyaya gələn gənclər «gizlənpaç» oyunundan çəkinirlər ki, oxucusu onu tapar vəməğlub edər. Mən İntiqam Yaşarın şeirlərində birinci tərəfi duyuram. Birincisi o, estetik idealının bədii şərhiniverir. İkincisi sözün məna (fikir) həcmini genişləndirir. Üçüncüsü istedadından qaynaqlanan fəhminittifaqını yerində sahmanlayır. Dördüncüsümüəllif olaraq pedantçılıqdan uzaqlaşır. Beşincisimövzunu özbaşına buraxmır, – proteksionluq-himayəçilik göstərir. Ona görə də mövzu(tema) Yaşardan qaçmır – nə gözəl poetik səadət! Və «Şeir «kimdir» şeirində pıçıldadığı qədərində. O poeziya qazanır – mövzumüəllifdən qaçmır, şairdən bixəbər yaddaşda cilalanır, təxəyyüldə formalaşır, ürəkdəsəslənir, hətta tremendik səslərin təkrarında belə qeydsiz-şərtsiz qəbul olunur.

Şeir təkcə mənəmmi,

Şeir təkcə sənsənmi,

Şeir təkcə bizikmi?

Şeir bəzən yağışlı gündüzlərdi,

Şeir bəzən zəhər dadan gecələrdi.

Şeir susuz səhralardı,

Saçlarını küləklərə öpdürdüyünbozqırlardı…

Şeir içində qəfəslənmiş sualdı,

Barmaqları nəfəslik istərsinəmin sol küncündən.

Bu qış gecəsində ürəyim necəalovlanardı,

Şeir kimdisə, nədisə şeirəhalaldı.

Gənc şair İntiqam Yaşarınson iki-üç illik qısa poetik aləminə intellektual və emosional yanaşmağım mənimüçün heç də gözlənilməz deyil və bu fikirdən uzağam: hər bir ədəbiyyatşünas – tənqidçi,xüsusilə, poeziyaya qədəm qoyan cavan söz sahibinə qarşı həssas, diqqətli və qayğılıolmalıdır, çünki bu şəxs həyatı və yaradıcılığı təcrübəsində xeyli sayda şeirləroxumuşdur, sevinmiş və qəmlənmişdir. Amma mən belə düşünürəm ki, qəmlənməyə elədə haqqı çatmır: şeir cavanlar üçün eksperiment ola bilir, oraya qədər daha qələmixəyanət edirsə, özü isə yorulursa misraların aqibətindən kənara çəkilir. Yox əgərşeirlərdə dan qızartısı varsa, o, haçansa öz günəşindən bəhrələnib yayılacaqdır.Axı, tənqidçinin də hövsələsi olmalıdır, tələsməməlidir. Və onu kəsdirməlidir ki,lap gənc olsun – poeziyanın qaynarlığında, atəşində «ölür» də – fiziki mənada yozmazdım– poetik uğurun ruhən çəkilməsində «oyuna» qoşula bilməməsində – son şeirlərininbirində olduğu kimi!

Məni hər gün öldürürlər,

Bir gün dostum öldürür, birgün düşmənim.

Məni hər gün öldürürlər,

Bir gün sən öldürüsən, birgün sənsizlik.

Mənim yuxularımdakı dünyayumru yox,

edam kötüyü formasında

Mən hər gün intihar edirəm,

içimdəki üsyan eşqinə.

Bax, gördünmü mən

yaşamaqdan çox ölürəm, addımbaşı.

27.02.2018.