Fidan: Regional böhranlar Türkiyənin iqtisadiyyatına təsir göstərir
Regional böhranlar Türkiyənin ticarət və iqtisadiyyatına ciddi təsir göstərir.
Adalet.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan "Bloomberg"ə müsahibəsində bildirib.
"Türkiyə G20 üzvüdür, lakin bizim böyük neft və qaz ehtiyatlarımız yoxdur. İqtisadiyyat, sənayemiz böyük ölçüdə ixrac və turizmdən asılıdır. Buna görə də bölgəmizdəki istənilən böhran qaçılmaz olaraq Türkiyəyə ciddi təsir göstərir. Ukraynadakı müharibə artıq dörd il əvvəl bizim üçün ciddi yük yaradıb. Bundan əvvəl isə COVID-19 pandemiyası var idi. İndi isə biz İran ətrafındakı münaqişənin yaratdığı problemlərlə üzləşirik", - H. Fidan deyib.
Onun sözlərinə görə, Yaxın Şərqdəki eskalasiya qlobal enerji qiymətlərinə, həmçinin enerji təhlükəsizliyi və enerji resurslarına çıxış məsələlərinə təsir edir. Bununla yanaşı, XİN rəhbəri qeyd edib ki, Türkiyədə enerji sektorundakı vəziyyət sabit olaraq qalır. Neft və qaz qiymətlərinin artması inflyasiyaya təsir edir və iqtisadiyyat üçün əlavə yük yaradır.
"Biz enerji resurslarını Fars körfəzindən dəniz yolu ilə alan ölkələr sırasında deyilik. Bizim Rusiya, Azərbaycan və İrandan boru kəmərlərimiz var. Bu baxımdan bizdə vəziyyət sabitdir. Lakin bu, bizi neft və qazın qlobal qiymətlərinin artmasından qorumur. Qiymət artımı inflyasiyaya təsir göstərir və iqtisadiyyata əlavə təzyiq yaradır. Məhz buna görə də biz diplomatlar müharibələrin dayandırılması və sülh, rifah, inkişaf və ticarət üçün şəraitin yaradılması üzərində bu qədər fəal işləyirik", - nazir vurğulayıb.
Digər Xəbərlər
02 Iyun 2026 18:45
"ABŞ ilə İran atəşkəs və Hörmüz boğazının açılmasını istəyir"
02 Iyun 2026 18:39
"Azərbaycanla münasibətlər ABŞ üçün prioritetdir" - Kaleb Orr
02 Iyun 2026 18:11
Xamenei Məşhəddə dəfn olunacaq
02 Iyun 2026 17:34
Ukraynada ölənlərin sayı artdı
02 Iyun 2026 15:00
"Ermənistanda ittifaqa qarşı mənfi əhval-ruhiyyə yaranır" - Paşinyan
02 Iyun 2026 14:13
Paşinyan Putinlə son telefon danışığını müsbət qiymətləndirib
02 Iyun 2026 13:54
ABŞ-nin Ebola karantin mərkəzinə qarşı etirazlar keçirilib - Ölənlər var
02 Iyun 2026 12:22


Bakı -°C

