adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
26 Noyabr 2015 09:46
2179
HADİSƏ

Şahdağ Milli qoruğunda yanğın olub

Şahdağ Milli qoruğunda baş verib.

Adalet.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Quba rayonu, Tüləkəran kəndində Şahdağ Milli qoruğuna məxsus meşə ərazisində xəzəl və quru ağac kötükləri 20 ha sahədə yanıb.

Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.