FHN "Ağ çiçəyim"dəki yanğınla bağlı məlumat yaydı- YENİLƏNİB - VİDEO

Xəbər verildiyi kimi, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb.
Nazirlikdən Adalet.az-a bildirilib ki, yanğın nəticəsində ümumi sahəsi 1450 kv.m. olan bir-birinə bitişik obyekt və evlərdən, ümumi sahəsi 590 kv.m. olan gül mağazası, ümumi sahəsi 50 kv.m. olan geyim mağazası, ümumi sahəsi 240 kv.m. olan ikimərtəbəli restoranın damına çəkilmiş 30 kv.m. tent və bitişik içərisində su qızdırıcısı quraşdırılmış 5 kv.m. sahədə dolab və 2 ədəd ötürücü qüllə yanıb.
Ərazidə bitişik yerləşən evlər, çoxmərtəbəli yaşayış binası və digər obyektlər yanğından mühafizə edilib.
Yanğınla mübarizə tədbirlərində Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin ümumilikdə 25 ədəd texnikası və 124 nəfər canlı qüvvəsi iştirak edib.
***
02:01
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada baş vermiş yanğın ətraf ərazilərə yayılmasına imkan verilmədən tam söndürülüb.
FHN-dən Adalet.az-a verilən məlumata görə, həyata keçirilmiş tədbirlər sayəsində yanğının əraziyə bitişik yerləşən evlərə, o cümlədən çoxmərtəbəli yaşayış bina
***
01:34
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən görülmüş operativ tədbirlər sayəsində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada baş vermiş yanğın məhdudlaşdırılıb.
Adalet.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Əlavə məlumat veriləcək
***
00:36
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada baş vermiş yanğınla mübarizə tədbirləri davam edir.
FHN-dən Adalet.az-a verilən məlumata görə, qüvvələrin effektli tətbiqi sayəsində yanğının yayılmasının qarşısı alınıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
00:20
Xəbər verildiyi kimi, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada yanğın baş verməsi barədə daxil olmuş məlumat əsasında Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
FHN-dən Adalet.az-a verilən məlumata fgörə, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
23:56
Yanğınla bağlı Daxili İşlər Nazirliyi təhlükəsizlik tədbirləri görür.
DİN-in Mətbuat Xidmətindən Adalet.az-a bildirilib ki, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada yanğınla əlaqədar əraziyə polis əməkdaşları cəlb edilib. Təhlükəsizlik tədbirləri görülür.
***
23:43
Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada yanğın olması barədə ilkin məlumat daxil olub.
Adalet.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.
***
23:39
Məşhur gül salonu "Ağ çiçəyim" yanır.
Adalet.az xəbər verir ki, görüntülər sosial şəbəkədə paylaşılıb.
Digər Xəbərlər
29 Oktyabr 2025 17:10 Azərbaycanda zəlzələ oldu
29 Oktyabr 2025 15:29 Bir yaşlı körpə su quyusuna düşərək öldü
29 Oktyabr 2025 14:16 17 yaşlı hamilə gəlinin ölüm səbəbi MƏLUM OLDU
29 Oktyabr 2025 11:00 17 yaşlı qız toy gecəsi öldü
27 Oktyabr 2025 09:11 "Ölüm var, Allah rəhmət eləsin, dahilər də ölür" - Qəza törədən "Range Rover" sürücüsü - VİDEO
27 Oktyabr 2025 08:48 Dağlıq ərazidə köməksiz qalan şəxs xilas edildi - VİDEO
27 Oktyabr 2025 08:41 Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 5 İL ÖTÜR
25 Oktyabr 2025 12:13 

Bakı -°C 






