Bakı metrosunda sərnişinin halı pisləşdi, qatar dayandırıldı
![](https://www.adalet.az/uploads/img/posts/2024/05/15/15jpg-1715782775.jpg)
“Yaşıl xətt” üzrə "Nizami" metro stansiyasından "28 May" stansiyası istiqamətində hərəkətə başlayan qatarın maşinistinə salonda bir sərnişinin halının pisləşməsi barədə məlumat verilib və qatarın dayandırılması tələb olunub.
Adalet.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.
Məlumata görə, maşinist qatarı təcili əyləcləmə edərək dayandırıb. Sərnişinlər vaqonun qapılarının "qəza-açma kranı"ndan istifadə edərək sərnişini platformaya çıxarıblar. Maşinist məcburi qaydada sonuncu vaqona qədər gedərək, "qəza-açma kranı"nı yerinə qaytarıb və kabinaya dönərək hərəkəti bərpa edib.
Nəticədə, 10 dəqiqə yubanma yaranıb. Hazırda yubanmanın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.
Halı pisləşən gənc xanıma "Nizami" stansiyasında dərhal ilkin yardım göstərilməklə təcili tibbi yardım xidməti dəvət edilib. Tibbi yardım göstərildikdən sonra xanım sərnişin ailə üzvü ilə birlikdə yoluna davam edib.
Digər Xəbərlər
![](https://www.adalet.az/uploads/img/posts/2024/07/26/47png-1722015090.png)
Qəza nəticəsində maşında sıxılıb qalan şəxs xilas edildi
![](https://www.adalet.az/uploads/img/posts/2024/07/26/25jpg-1721982408.jpg)
Kanalda batan şəxsin meyiti tapıldı
![](https://www.adalet.az/uploads/img/posts/2024/07/26/7jpg-1721976956.jpg)
Xəzərdə brokonyerlik edənlər saxlanıldı - VİDEO
![](https://www.adalet.az/uploads/img/posts/2024/07/25/9jpg-1721886370.jpg)
İtkin düşən autizm xəstəsi olan azyaşlı tapıldı - YENİLƏNİB
![](https://www.adalet.az/uploads/img/posts/2024/07/25/36jpg-1721896178.jpg)
Ağadadaş Ağayevin insidentdən sonra ilk FOTOSU
![](https://www.adalet.az/uploads/img/posts/2024/07/24/7jpg-1721825284.jpg)
İranla sərhəddə silahlı insident - 2 sərhədçimiz xəsarət aldı
![](https://www.adalet.az/uploads/img/posts/2024/07/24/88jpg-1721814837.jpg)
Azərbaycanda DƏHŞƏT: İki uşaq anasının qarajda subay oğlanla meyiti tapıldı
![](https://www.adalet.az/uploads/img/posts/2024/07/23/2jpg-1721743254.jpg)