adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
06 Sentyabr 2019 16:52
88124
MÜSAHİBƏ

Sevqi birlikdən yaranır, birliyə aparır - PSİXOLOQLA SÖHBƏT

Xanımı, yazar-tərcüməçi ÜlküTaşlova ilə Bakıya səfər edən Türkiyəli professor, psoxoterapevt İshak Özkanın"Loqos” Psoxoloji və Nitq İnkişaf Mərkəzində gənclərlə ailə dəyərlərimövzusunda irəlicədən 45 dəqiqə planlaşdırılan seminarı iki saat davam etdi. Bu, sadəcə, son dərəcə maraqlı keçəninteraktiv təlimin nəticəsi deyil, həm də azərbaycanlı gənclərin ailəyə, ailə dəyərlərinəgöstərdikləri dərin maraq və verdikləri önəmdən irəli gəlirdi.

Bitib-tükənmək bilməyən sorğu-suallarfonunda İshak hoca müasir dövrdə hər kəsi düşündürən çox vacib məsələlərətoxundu.

Konya Qida və Tarım UniversitetininPsixologiya bölümünün rəhbəri İshak Özkanın ailə dəyərləri ilə bağlı fikirləriningeniş auditoriya üçün faydalı olduğunu nəzərəaldım,məxsusimüsahibə üçün razılıq isdədim, təklifimi dərhal qəbul etdi.

Beləliklə,İshak Özkan, Ülkü Taşlova və mənsərin və səliqəli"Zoğal” restoranında bir masa ətrafına toplaşdıq. Sakit məkan, insanın ruhunu təravətləndirənhəzin musiqi, Azərbaycan milli mətbəxinin ləziz yeməkləri, üstəgəl əla xidmət vəsüfrə başında səmimi, məzmunlu söhbət...

Hətta, İshak Özkan hocayaünvanlayacağım suallarla dolu qeyd dəftərçəsinə də ehtiyac qalmır. O, təcrübəlidir,işinə və elminə dərindən bələddir. Süfrədən, xidmətdən məmnunluq özünü göstərir.Süfrə gələnəkdir, süfrə ədəbdir, süfrə mədəniyyətin ifadəsidir, – deyir və vaxta sözdən, düşüncələrdən nərdivan atır,uşaqlığından misal gətirir...

İshak Özkan: Bu bir gələnəkdir, ailə böyüyü süfrəbaşında əyləşmədən, kimsə çörək kəsməzdi. Bizim uşaqlığımızda belə idi,ata-babalarımızdan da əvvəl belə olmuşdu. Bütün ailənin eyni vaxtda süfrədəolması əhəmiyyətli şərtdir. Uşaq süfrə başında ədəb örnəyi alır.

Ülkü xanımsöhbətə qoşulur.

Ülkü Taşlova: Hocam, (Ülkü xanımın həyat yoldaşına"hocam” deyə xitab etməsi mənim də xoşuma gəlir) bəs ən kiçiklər, hələ ağlı kəsməyənlərqaydanı pozub ailə böyüyündən öncə süfrəyə əl uzadarsa, onda necə?..

İ.Özkan: O da bir başqa mövzudur. Əgər ailədəkörpə varsa, ana onun qarnını hər kəsdən öncə doyurmalıdır. Təbii ki, onun yeməksaatları var. Söhbət daha olğun yaşlardan gedir. Uyğun qaydalar, sınırlar körpəyaşlardan qoyulmalıdır. "İcazəni verən kimdir" sorusunun cavabıbudur, ən başda oturan, ata-ana, nənə-baba. İcazə verilən kimdir? Ailəninkiçikləri. Bəlkə də kənardan baxınca bunlar bəzilərinə bəsit görünə bilər. Ammagələnəksəl mədəniyyət içindəki heç bir davranış anlamsız deyildir. Ailə gələnəklərindən qaynaqlanan, yazılmayanqaydalar həm böyüklərə, həm də kiçiklərə hədlərin harada başlayıb harada bitəcəyiniöyrədir. Ədəb, əxlaq, vicdan kimi keyfiyyətlər ən başda ailə içində formalaşır.Uşaq böyüyünə sevgi və sayqını kimdən öyrənir? Təbii ki, ata-anasından.Ata-ananın öz böyüklərinə hansı davranışı sərgiləməsi, diqqət və qayğı göstərməsi,yaxud bunların tam əksi, bütün bunlar uşağın gözləri qarşısında baş verir,gördüklərini mənimsəyib təkrarlamaq da onlara qalır.


Jurnalist:Bir zamanlar ailə böyüyü süfrəyəəl uzatmadan uşaqlar yeməyə başlamadığı kimi, böyük danışan yerdə kiçikdanışmaz, qadağası da vardı. Zənnimcə, bunun ziyanlı tərəfləri var, yəni susdurulan uşaq bəlli bir yaşaçatanda duyğu və düşüncələrini ifadə etməkdə, hər hansı bir məsələ ilə bağlıfikir yürütməkdə çətinlik çəkməzmi?

İ.Özkan: Hədlər mütləqdir. "Qoy uşaq nə istəyirsəeləsin, böyüyüncə anlayacaq”, deyənlərlə də çox qarşılaşırıq. Yox, əfəndim,yoxdur belə bir dünya... Təbii sınırların özünün də sınırları var. Burada da hədlərgözlənilməlidir. Ata birilə söhbətləşərkən,uşaq qəfildən onun söylədiyinin doğru olmadığını deyirsə, bu nə anlama gəlir?Uşağa harada susub, harada danışacağını evdə, ailədə düzgün qoyulan qayda və sərhədləröyrədir. Təbii ki, yerli-yersiz susdurulan uşaq psixoloji zədə alar və bu zamanladaha ciddi fəsadlara aparır.

Jurnalist:Söylədiyinizhalda valideyn uşağa cəza verə bilərmi?

İ.Özkan: Uşağı bəyənilməyənhər hansı davranışı üzündən cəzalandırmaq olmaz. Sözü gedən davranışın səbəbiniaraşdırmalı olsaq, fərqli məsələlər ortaya çıxar. Belə hal sevgisizlikdənqaynaqlana bilər, ailədə ərlə-arvad arasında qarşılıqlı münasibətlərinpozulması səbəbindən yaranar. Bir şeyi unutmayaq, hərtərəfli sağlam böyümənin təməlyolu sevgidir. Ailədə ata-ana sevgisi ilə böyüyənlə uşaq evində hər cür fiziolojivə sosial qayğı ilə əhatə olunan uşağı müqayisə etsək, nə görərik? Ailədə böyüyənuşaq hər istəyi qarşılanmasa belə, xoşbəxtdir və hərtərəfli inkişaf edir.Ata-ana sevgisi ödənilməyənlər isə bəzən yalnız mənəvi-psixoloji deyil, həttafiziki inkişadan qala bilirlər. Yəni, yeriməkdə, qidalanmaqda, nitqdə,qavrayışda çatışmazlıqlar meydana çıxırbəzən. Səbəb isə sadəcə, sevgisizlikdir. Uşağın sağlam böyüməsi üçün ailənin önəmiolduqca böyükdür. Ata-ana və uşaqları birləşdirən ailə cəmiyyətin ilk pilləsidir.İnsan oğlu möhtac bir varlıqdır. Yeniyetmələr 18 yaşa çatınca, daha çoxözgürlük duyğusu yaşayar, "kimsəyə ehtiyacım yoxdur" deyər, sanki nəfəslərigenişlənər. Nəfəsalmanın da ilk şərti sevgidir. Hər işin başlanğıcında sevgidayanır. İnsan ana bətnində ikən, hətta məzarda belə sevgi və ilgiyəmöhtacıdır.

Jurnalist: Hocam, çürüyən cismin sevgidən nə umacağı?

İ.Özkan: "Məzarımıyol kənarında qazın" fikri tanış gəlirmi? Niyə belə söyləmişlər? Yoldankeçən onu ansın, bir fatihə oxusun deyə. Xalq arasında ölümündən sonra daha çoxanılan insan daha dəyərli olandır. Mövlana səkkiz yüz ildir anılır. Hər il 4-5milyon insan Konyaya onun ziyarətinə gəlir. Bizim Mövlana olmaq şansımız varmı?Yoxdur! Bizi anmasınlarmı? Ansınlar!İnsan yaşlandıqca, ölümün yaxınlaşdığını hiss edincə doğmalarına vəsiyyətinibildirər, ölümdən sonra anılmasını istər. Yəni, bunlar çox dərin və fəlsəfi məsələlərdir.Bunun əsl mahiyyətini uzmanlar bilir. Deyəsən, əsas mövzunu unutdum.

Jurnalist: İnsan şəxsiyyətinin dolğunlaşmasında körpə yaşlardan ona göstərilən diqqətvə qayğının, sevginin təsirindən danışırdıq...

İ.Özkan: Qadınlarınürəyincə olan mövzudur diqqət, qayğı və sevgi. Sizlər bunu heç unutmazsınız. Eləindicə sizə sevginin üç komponentini anladım. Birincisi doğal sevgidir,azəri lisanıyla desək, saf sevgi. Hər birimiz nələrisə sevirik. Yəni hər kəsiniçində doğal dediyimiz sevgi yaşar. Bir konfransda bu fikri söylədiyim zamanöyrənci, "Hocam, canilər də sevərmi" – deyə soruşdu. "Caniləröldürməyi sevərlər" – dedim. Bu bəsit bir örnəkdir, fikrim cinayətkarahaqq qazandırmaq deyil. Doğal sevginin səbəbi, nədəni yoxdur. Birimiz yaşılı,birimiz qırmızını, bir başqası klassik musiqini, birisi popu, bir başqası rokusevər. Bu sevgi insanla doğulandır, yaradılışdandır, var olan sevgidir. Qüdsi-hədisdə: "Ey həbibim, səni sevməsəydimkainatı yaratmazdım ”, deyilir. Demək ki, yaradılışın özü də sevgiyə dayanır.Sevgi birlikdən yaranır, birliyə aparır. O əxlaqa, vicdana bənzəməz. Burada birobyektin, bir insanın olması, müqayisə edilməsi lazımdır. Doğal sevgidə buyoxdur. Kiçikyaşlı uşaqlar ana-baba sevgisinin ölçüsünü göstərmək üçünqollarını necə açarlar? Bir aylıq körpənin anasını görərkən, səsini duyarkənüzündəki təbəssümü hər hansı sözlə ifadə etmək mümkündürmü? Yenə bir örnəkverim. Seminarlarımdan birində gənc qadın soruşdu: "Hocam, ana olmaq necəbir duyğudur?" Təəssüf ki, mənim bu şansım yoxdur, söylədim. Qadınlaranalıq sevgisini duyan, yaşaya bilən yeganə şüurlu varlıqlardır. Atalar sevgigözləyənlərdir. Ana sevgisi doğaldır, qarşılıqsızdır. Ana övladı üçün xalqarasında deyildiyi kimi "saçını süpürgə edər”, hər fədakarlığa qatlanar, ammaqarşılıq gözləməz. İkincisi, istəyə bağlı sevgidir. Ya sevdiyin işlə məşğulol, ya da gördüyün işi sev. Əsas olan budur. Əgər sevdiyin işlə məsğulsansa,burda problem yoxdur, gördüyün işi sevməyin isə istəyə bağlıdır. İstəmədən sevəbilməzsən. Məsələn, bir qadın qonşusuna deyir ki, mən yarpaq dolması bişirməyiheç xoşlamıram, əziyyətli işdir, amma həyat yoldaşımın xatirinə bişirirəm,çünki onun ən xoşladığı xörəkdir. Sevə-sevə bişirilən yeməklə, can-dərdibişirilən yeməyin arasındakı ləzzət fərqini anlamaq heç də çətin deyil. Sevərəkgörülən iş həm insanın özünə, həm də çevrəsinə xoş duyğular bəxş edər. Üçüncüsü,sevəni sevməkdir.

Jurnalist: Bizim bir mahnıda belə deyilir: "Səni sevəcəyəm,sən sevməsən də”.

İ.Özkan: Belə dəolar. Nə demək, sevərsə, sevsin. Bu qarşılıqsız sevgi anlamındadır, insanqarşılıq gözləmədən sevir. Yəni, doğal sevgidir. Xalq arasında bu deyim də varki, sevən sevilir, sevilən sevir. Yəni, qarşılıq gözlənilən sevgidir. Beləsevgilər adətən məktəb, iş, əsgərlik, məhəllə dostluqları fonunda yaranır. Sevməni, sevim səni, bir növ alış-veriş kimi. Yeri gəlmişkən, mövzu ilə bağlı birörnəyi də xatırladım. Bir qadın yanıma yardım üçün gəlir. Yarım saatlıq ilkgörüşdür, qadın nə istədiyini söyləmədən ağlayır, susmaq bilmir. Bir qədər yüksəksəslə yadına salıram ki, əgər ağlamağa ara verməsə, ona ayrılan vaxt bitəcək vəpulu boşuna vermiş olacaq. Qadın, nəhayət, susur, vaxtın azlığını nəzərə alaraqbirbaşa niyə gəldiyini soruşuram. "Qayınanam məni heç sevmir" –deyir. Siz onu sevirsinizmi, sualıma cavabı isə belə olur: "Yox, sevmirəm!"O halda problem nədir, deyə soruşuram. Təbii ki, cavab yoxdur. Çünki aradaproblem görünmür. Münasibət qarşılıqlıdır. Sən onu sevmirsən, o da təbii olaraqsəni. Amma bir yerdə yaşamaq məcburiyyəti varsa, ortaq yolu tapmaq lazımdır.Arada hər iki qadının sevdiyi bir adam var, oğul və həyat yoldaşı. Onlar eyniadamdan sevgi gözləyir və onu paylaşa bilmirlər. Biri deyir, oğul mənimdir, digərideyir, yox, ər mənimdir. Bunun üçün ailəni savaş meydanına çevirməyə lüzumvarmı? Ailə əmək istəyir. Əmək sərf etmədiyin heç bir işin dəyəri yoxdur. Yenəməsələ istəyə bağlılığa dayanır. Sakit, hüzurlu, evdə hər kəsin rahat olacağı bir yaşam istəyirsənsə,əmək verməlisən. Məsələn, buna qayınananın oğluna olan sevgisinə hörmətləyanaşmaqdan başlamaq olar. Əminsiniz ki, həyat yoldaşınız sizi sevir. Anasınısevməsi də təbiidir. Bir anlığa özünüzü həm ananın, həm də oğulun yerində təsəvvüredin. "Siz oğlunuz və gəlininizlə bir evdə yaşamalı olsaydınız, nə dəyişərdi"sorğusu üzərində düşünmək pis olmazdı. Daha başqa bir məqam. Həyat yoldaşınızsizi sevir, sizi seçib. Ana onun həyat yoldaşı deyil. Zənnimcə, ananın əlini öpübsayğı göstərmək elə də çətin iş deyil.

Jurnalist: Çoxhaqlısınız, ailəni qazanmaq azan deyil. Bəzən fərqli problemlər üzündən sevgibitir, amma qadın uşaqlarının xatirinə ailəni qorumağa çalışsa da, birlikdəyaşamaq əzaba çevrilir. Bəs bu halda nəetməli?

İ.Özkan: Bu, geniş vədərin müzakirə mövzusudur. Ailədaxili problemin konkret nəylə bağlı olduğunuaraşdırmadan fikir söyləmək qeyri-peşəkarlıq olardı. Evlilik sevgi əsasında,yaxud son zamanlar dəbdə olan kimi, sosial media, yaxud dost-əqrəba tanışlığıilə qurulubmu? Bunlar önəmlidir. Ər-arvad münasibətlərində ciddi problemlərvarsa və hər iki tərəf ailəni qorumaq üçün çözüm yolu aramırsa, anlamsızmübahisələr, dava-dalaşların sonu yaxşılıqla bitməz. Təbii ki, bu halda beləailəni qorumağın nə uşağa, nə də digər üzvlərə faydası var. Deyək ki, qadın ailəsinindağılmasını istəmir, övladının ailə ocağında sevgilə böyüməsini istəyir. Ammaatanın obsessiya problemi var. Qadının da onun kimi olmasını istəyir və ona əziyyətverir. Bişirdiyi yeməkdən, yuduğu paltardan iyrənir, onun pinti olduğunainanır. Problemi qətiyyən özü ilə bağlamır və bunun bir xəstəlik olduğunu heç vəchləqəbul etmir, müalicə olunmaq barədə düşünmür. Obsessiv-kompulsiv pozuntusu olanbir ərlə yaşamaq bir qadın üçün zülm olduğu kimi, eyni problemli qadınla birkişinin birlikdə olmağı da zülmdür. Belə vəziyyətdə uşağı qorumağın ən doğruyolu boşanmadır.

Jurnalist: İshakbəy, müasir dövrümüzdə sanki ailə dayaqları sarsılır, evliliklər azalır,boşanmaların sayı çoxalır. Səbəb?

İ.Özkan: Çox sadə,istəklər! Ehtiyaclar istəkləri yox edir. Evdə sadəcə, mənim dediyim olacaqdüşüncəsi boşanmaya aparan əsas səbəblərdən biridir. Ailədə davamlı iqtidarmücadiləsi gedərsə, o ailədən ailə olmaz. Mücadilə ailə olmaq uğrundadırsa, ozaman ailə olar. İstəklər önəmlidir. Mən bu evdə, bu insanla birlikdə yaşamaqistəyirəm, ya yox. Əsas olan budur. Yerdə qalanlar detaylardır. Yəni ortadamütləq şəkildə boşanmanı şərtləndirən ciddi səbəblər, məsələn, narkotik maddə,alkaqol asılılığı, ağır formalı psixoloji pozuntular varsa və insan tutduğuyoldan dönmürsə, bu halda boşanma qaçılmaz olur. Adam nəinki müalicə olunmaqistəmir, problemi olduğunu belə qəbul etmir.Bir qədər irəlidə bu məsələlərə toxunduq. İki insan ailənin varlığına,davamına əmək sərf etməzsə, bunun sonu olmaz.

Jurnalist: Ata-ananınayrılması uşaq üçün böyük zərbədir, ailə mühitində boşanmadan başqa daha nələruşağı sarsıda bilər?

İ.Özkan: Ata-anaarasındakı istənilən münaqişə, mübahisə, dava-dalaş uşağa psixoloji travmayaşadar, uşaq özünü günahlandırar, olayların onun üzündən baş verdiyini düşünər.Hətta özünü ailənin üzvü hiss etməyə bilər. Hər ailədə mübahisə doğruran məsələlər,fikir ayrılığı və s. olur. Bu təbiidir. Amma bunların davamlılığı və dava-dalaşhalına gəlməsi uşağa təsirini göstərəcək. İnsan oğlu duyğusaldır, uşaqlar isədaha duyğusaldırlar. Ona görə də ailə içində yaxşı-pis nə baş verirsə, uşağaötürülür.

Jurnalist: Hocam,yaşadığımız yüzilyin psixologiya əsri kimi dəyərləndirilməsi nəylə bağlıdır?

İ.Özkan: Müasirtexnika və texnolo-giyaların sürətli inkişafı ilə əlaqədar tərəfləri çoxdur.Bunun detallarla izahı zaman istəyir. Mənimşəxsi düşüncəm belədir. Rusiya daxil Qərbin çox böyük narahatlıq doğuran birproblemi əhali sayının azalması, digəri isə narkotik asılılığıdır. Yənidünyanın inkişaf etmiş ölkələrində ailədənqopma prosesi güclənir. Bunun qarşısı alınmalıdır. 1989-cu ildə İngiltərədə səfərdə olarkən "Qohome” adlı bir film izlədim və çox təsirləndim. Filmin çox dərin mənası vardı.Film qlobal anlamada "evə dön" deyir və ailədənqopmanın gələcək üçüntəhlükələrini sənətin dili ilə anladırdı. Müasir dünyamızda evliliyə, uşaqdünyaya gətirməyə meylin azalması təbii olaraq əhali sayının azalmasına aparır.Güney Koreya, Norveç, İsveç kimi ölkələrin 2050-ci illərdə yer üzündən silinməsikimi təhlükələr dilə gətirilir. Ailəböyük qüvvədir, sabahdır, gələcəkdir. Ailə hüzurdur, hüzurun olmadığı yerdə nəhəyat var, nə də xoşbəxtlik. Hüzurlu insan, hüzurlu ailə, hüzurlu toplum deməkdir.Təbii olaraq insan duyğularının tənzimlənməsində, şəxsiyyətin formalaşmasında,ailə dəyərlərinin önəmsənilməsində psixologiyanın rolu danılmazdır.

Jurnalist: İnsanhüzura necə qovuşa bilər, bunun resepti varmı?

İ.Özkan: Xoşbəxtlikanidir, anlarla gələr keçər. İç hüzurunu insan özü yaratmalıdır. Ehtiyaclar ödənildikcəinsan hüzura qovuşur. Bunun resepti hər insanın özündədir.

... İshakhocanın bilgilərində marağında olduğum çox sualların cavabları vardı. Restoranmencerinin nəzakətlə zoğal mürəbbəsilə çay təklif etməsi söhbətimizə nöqtəqoydu.

Bu aradabayaqdan həyat yoldaşının verdiyi cavabları sakit bir nəzakətlə dinləyən Ülküxanım nəhayət ki, deyir:

Azərbaycanda çox olmuşam, buranınçayının dadından doyulmaq olmur. Hələ mürəbbələrinə bayılıram. Bu fərqli və gözəlmədəniyyətdir.

Ənənəvi süfrəmədəniyyəti ilə başlayan axşam söhbəti İshak Özkanın ürək sözləri ilə başaçatır:

– Dünyanın çox yerində olmuşam, belə bir gözəllik,təmizlik, ən başlıcası qonaqpərvərlik görməmişəm. Bakıya ilk gəlişimdir. Açığışəhər haqqında təsəvvürüm fərqli idi. Neft qoxulu, çirkli, çox rüzgarlı bir şəhərolduğu qənaətində idim. Şəhərin gözəlliyinə, yaşıllığına valeh oldum. Xüsusəntarixi-memarlıq abidələrinin dövlət tərəfindən qorunması bir qeyrət işidir.Bakı həqiqətən də tolerant və multikultural bir şəhərdir. Müsafir olduğumuz evlərdəailə dəyərlərinin, əxlaqi dəyərlərin ən yüksək şəkildə qorunduğunu gördük.Bunlar gözəldir. Sizə qibtə etməyə dəyər.

Söhbətiyazdı:

Rəhilə Gülgün