Səhiyyə Nazirliyi maarifləndirici aksiya və konsultasiyalar təşkil edib - FOTOLAR
“İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” proqramı Azərbaycan Respublikasının ən vacib prioritetləri sırasındadır.
Adalet.az xəbər verir ki, proqram çərçivəsində Səhiyyə Nazirliyi işğaldan azad olunan ərazilərə köçürülən vətəndaşlar arasında sağlam həyat tərzinin təşviqi ilə bağlı tədbirləri davam etdirir. Nazirliyin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu (ETMGİ) martın 1-də Laçın şəhərində yeniyetmə dövründə olan qızlar arasında reproduktiv sağlamlıqla bağlı maarifləndirici aksiya və konsultasiyalar təşkil edib.
ETMGİ-nin həkim mama-ginekoloqları tematik təqdimatlarla çıxış ediblər. İnstitutun həkimləri tərəfindən yeniyetmə dövründə orqanizmdə bir sıra dəyişikliklərin baş verdiyi haqqında məlumat verilib. Bundan əlavə, uşaq planlaşdırarkən, antenatal klinikada müntəzəm müayinələrdən keçməyin vacibliyi vurğulanıb. Həmçinin, şəxsi gigiyena qaydaları ilə bağlı konsultasiyalar verilib.
Təqdimatlardan sonra maarifləndirici aksiya iştirakçılarının sualları cavablandırılaraq, müzakirələr aparılıb.
Tədbir zamanı yeniyetmə qızların reproduktiv sağlamlığı üçün nəzərdə tutulan rəsm sərgisi nümayiş olunub və informativ bukletlər paylanılıb.
Maarifləndirici tədbir və aksiyada 100-ə yaxın qız və onların valideynləri iştirak ediblər.
Sonda tədbirin fəal iştirakçılarına hədiyyələr təqdim olunub.
Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunan digər ərazilərdə də davamlı olaraq sağlam həyat tərzinin təşviqi ilə bağlı maarifləndirici tədbirlərin və müayinə aksiyalarının keçirilməsi nəzərdə tutulub.
Digər Xəbərlər
08 Sentyabr 2026 12:22
“Sən maa heş zad eliyə bilməssən!” - Xərçəngə meydan oxudu
08 Sentyabr 2026 07:04
Gecə yataqda edilən bu səhv kişilərə ağır zərbə vurur
06 Sentyabr 2026 17:00
Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
06 Sentyabr 2026 16:31
Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər
04 Sentyabr 2026 16:13
Bədəndəki bu 10 əlamət ürək-damar xəstəliklərindən xəbər verə bilər
03 Sentyabr 2026 11:35
Səhər yeməyi vaxtı ömür uzunluğuna təsir edir - Araşdırma
03 Sentyabr 2026 10:10
Həkimlər 3 yaşlı uşağın əlini XİLAS ETDİ
02 Sentyabr 2026 17:54


Bakı -°C

