Nazənin: “O uşaqdır, nə etdiyini bilmir”
Müğənni Qumral Musayeva şou-proqramların birində həmkarı Nazənin Musayevanın şəklini heç bir xanaya yerləşdirmədən kənarlaşdırıb. Aparıcı Zaur Nəbioğlunun “onu hansı xanaya yerləşdirəcəksən” sualına isə “həyatımda heç bir xanada o xanıma yer yoxdur” fikrini söyləyib.
Mözvu ilə bağlı Adalet.az-a danışan Nazənin Musayeva Qumralın bu addımını çılğınlıq hesab edib:
“Heç bilmirəm nə deyim. Mənə həmin videonu göstərəndə təəccüblü gəlmədi. Belə də olmalı idi. Qumral anasının tərəfindən danışır. Normaldır. Bir də o uşaqdır, nə etdiyini bilmir. Günahkar aparıcıdır ki, mənim şəklimi ona təqdim edir. Bu da qəsdlə edilir”.
Əntiqə


Bakı -°C

